“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın enerji təchizatında problem yarandığı üçün Misli premyer-liqasının 14-cü turunun bir oyunu əvvəl nəzərdə tutulan vaxtdan tez başlayacaq.
"Dənizçilər"in "Kəpəz"lə ev qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi 18.30-da yox, 14.00-da start götürəcək. Görəsən, arenadakı bu problem nə vaxt yaranıb? Növbəti turlara kimi həll olunacaqmı?
“Football-plus.az”ın bu suallarını Bayıl təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov cavabladı: