Cəzalandırılan klublar arasında "Səbail-2" də var. Belə ki, top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün meydan sahibləri 80 manat cərimələnib. Bundan başqa, hakimlər otağında 3 məşqçinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə referilər otağının təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "dənizçilər" daha 80 manat ziyana düşüb.
Bu diqqətsizliyin səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Sənəm Fərhadova ilə əlaqə saxladıq:
"Əvəzedicilərin oyunundan əvvəl akademiyanın məşqi var idi. Buna görə də məşqçilər hakimlər üçün nəzərdə tutulan otaqda olublar. AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində və otağın təmizlənməsində problem yaranıb".
ABDULLA İSMAYILOĞLU
