• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qırmızı-qaralar" zirzəmidə: çıxış yolu varmı? - YAZI

Premyer-liqa / Manşet / Yazarlar

20-11-2023, 20:0

Misli premyer-liqasında 13-cü turu geridə qoyduq.

Bu, hər komanda üçün 13 şans deməkdi ki, onlar fürsəti əldən verməmək üçün əlindən gələni edir. Düzdü, bir yox, bir neçə klub cari mövsümdə futbol ictimaiyyətini yaxşı və ya pis mənada təəccübləndirib. Biz də canla-başla hadisələrin axarını işıqlandırmışıq. Əlbəttə, yaxşı nəticələri işıqlandırmaq idman jurnalistləri, yəni bizlər üçün çox xoşdu, lakin uğursuzluqları qabartmaq da işimizin bir hissəsidi. 

Premyer-liqadan danışarkən  "uğursuzluq" deyəndə iki klub daha çox yada düşür. "Kəpəz" və "Qəbələ"... Gəncə təmsilçisi sabiq baş məşqçi Azər Məmmədovu təcrübəli mütəxəssis Adil Şükürovla əvəzləyib. Buna görə hələ ki  bu mövzuda danışmağa tələsməmək məqsədəuyğundu. Qaldı "Qəbələ"... "Adımızda qələbə var" şüarıyla Azərbycan futbolunda, vaxtilə Avropada ad-san qazanmış "qırmızı-qaralar"... 

Komanda Elmar Baxşıyevin rəhbərliyi altında yola davam edir. İş orasındadı ki, kələ-kötür döngələrdə ilişən komanda hazırda turnir cədvəlinin sonuncu pilləsində "əyləşib". Hə, deyəcəksiz ki, indiyə qədər 9-cu sırada idi, ötən həftə düşüb, yenidən yüksələcək, filan. Lakin mövzu "Qəbələ"nin sonuncu sırada olması deyil, nəticələridi. 13 matç, 2 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət, 7 qol, 23 buraxılan top və 8 xal. Baş məşqçinin və futbolçuların dediyinə görə, nə qədər çalışsalar da, bunu nəticələrə yansıda bilmirlər. Nədi problem? Olmaya premyer-liqamız "Qəbələ"nin ayaqlaşa bilmədiyi qədər inkişaf edib?  Bu ehtimalın doğruluq payı varsa, deməli, bölgə təmsilçisini yolun sonunda 1-ci liqaya yuvarlanarkən görəcəyik.

Əlbəttə, belə hallarda baş məşqçi amili ön planda olur. Çünki istənilən nəticənin məsuliyyəti birbaşa onun üzərindədi. Elmar Baxşıyev ölkəmizin PRO lisenziyalı mütəxəssislərindəndi. Onun indiyə qədər formalaşdırdığı kollektivlər yaxşı nəticələrlə yadda qalıb. Düzdü, bəziləri uğursuzluğun səbəbkarlarından biri kimi məhz baş məşqçini görür. Lakin bu düşüncə təcrübəli çalışdırıcının haqqını yeməkdən başqa bir şey deyil. O, məsuliyyətini tam dərk edir və durumun fərqindədi. Ötən mövsümkü komandası, demək olar ki, dağılandan sonra büdcəyə uyğun futbolçular transfer edərək ortaya maksimum yaxşı nəticə qoymaq niyyətində idi. Görünür, Elmar müəllimə, daha dəqiq desək, komandasına daha çox vaxt lazımdı. Amma zamanın "qırmızı-qaralar"ın əleyhinə işlədiyini unutmamalıyıq. 

İndiki halda baş məşqçi dəyişikliyi "Qəbələ"nin daha bir neçə ay itirməsinə səbəb olacaq. Belə addım klassik, ilk ağla gələn variantı seçməkdən başqa bir şey deyil. Hər halda, baş məşqçinin özünəməxsus taktikasının olduğu çoxuna bəllidi. İkinci məsələ meydana çıxan heyətdə məntiqəuyğun dəyişikliklərin edilməsidi. Əlbəttə, bunu demək asan olsa da, reallaşdırmaq çox çətindi. Çünki prosesə mane olan çox böyük çatışmazlıq var. Daha dəqiq desək, "Qəbələ"nin maliyyə dayaqları güclü deyil. Bölgə təmsilçisi premyer-liqanın iki-üç kasıb klubundan biridi. Nəticədə rəqiblər güclü transferlərlə heyət formalaşdırırsa, "qırmızı-qaralar" büdcəyə uyğun ən yaxşı oyunçu axtarmaq məcburiyyətində qalır. Belədə ortaya bəhs etdiyimiz acı mənzərə çıxır. Hər halda, turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan komandaların "Kəpəz" və "Qəbələ" olması təsadüfi deyil. Sanki "büdcəsi az olan bütün komandalar aşağı pillələrdə olmalı deyil" deyənləri eşidirəm. Vallah, dünya futbolunda belə ola bilər, lakin ölkəmizdə belə deyil! Həm də təkcə futbolda yox... 

Hazırda "Qəbələ"nin taleyi "Kəpəz"in uğursuzluq zolağından qurtulub-qurtulmamasından asılıdı. 2022/23 mövsümünün son turunda yaşanan hadisəni xatırlayın. Bəli, "Səbail" - "Şamaxı" matçından bəhs edirəm ki, "şirlər" indi yenidən premyer-liqaya dönmək üçün çırpınır. "Sarı-göylər" məhz bu ehtimalı proqnozlaşdırıb sabiq baş məşqçi Azər Məmmədovu Adil Şükürovla əvəzlədi. İndi Gəncə təmsilçisinin əsas hədəfi ən azı "Qəbələ"ni qabaqlamaqdı ki, buna nail olublar. "Qırmızı-qaralar"ın niyə belə addım atmamasından yuxarıda danışdıq. Başqa sözlə, premyer-liqada baş məşqçi kimi təcrübəsi olmayan Azər Məmmədovu yola salmaqla Elmar Baxşıyevlə yolları ayırmaq arasında çox fərq var. "Qəbələ"nin maddi gücünü xeyli artırmaqla qarşıdan gələn qış fasiləsində heyətin gücləndirilməsi istiqamətində ciddi addımlar atmaqdan başqa yolu yoxdu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-03-2023, 18:0

Elmar Baxşıyevin premyer-liqada baş məşqçi kimi 100-cü oyunu

Ölkə futbolu

27-04-2022, 17:0

Nail Kərimov “Qəbələ”nin növbəti tur 4-cü pilləyə dönəcəyinə ümid edir - AÇIQLAMA

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa / Manşet

29-08-2023, 22:0

“Qəbələ” Elmar Baxşıyevin istefasını müzakirə edirmi?

Ölkə futbolu

9-09-2023, 23:0

“Qəbələ” Bakı hazırlığını başa vurdu

Premyer-liqa

29-09-2022, 11:0

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə