Bir qədər əvvəl "Football-plus.az" saytında yer alan hesabatdan aydın oldu ki, yığmamızın baş məşqçisi Canni de Byazi oyunsonrası mətbuat konfransında azərbaycanlı jurnalistlərin ünvanına sərt və kobud ifadələr işlədib. Belçika mətbuatı isə konfranda iştirak edən italiyalı tərcüməçinin də variantına yer verib. Belə görünür ki, baş məşqçi "dozanı aşıb". AFFA-nın baş katibi Sərxan Hacıyev isə yığma ilə səfərə çıxan jurnalistlərə açıqlamasında rəhbərlik etdiyi qurumun adından Azərbaycan mediasından üzr istədi.