Komanda orda meydan sahibləri və Latviya ilə qarşılaşacaq. Yığma üzvlərini, AFFA-nın nümayəndə heyətini Maltaya yeni baş katib Sərxan Hacıyev aparıb. İcraçı vitse-prezident Elxan Məmmədov səfərə yollanmayıb. Bu məlumatı saytımıza AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla verib. Görəsən, faktiki olaraq quruma nəzarət edən şəxs nə üçün Maltaya getməyib? Axı yığma 2022-ci ildə ilk rəsmi oyununu keçirəcək.
Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. AFFA-nın adının açıqlanmasını istəməyən rəsmilərindən birini dinləyək:
“Bu, baş katib təyin olunandan sonra Sərxan Hacıyevin ilk səfəridi. Elxan Məmmədov bu səbəbdən nümayəndə heyətinə onun başçılıq etməsini istədi. Özü getsəydi, istər-istəməz daha çox diqqət mərkəzində olacaqdı. Bu, korporativ nüfuz məsələsidi. Uzun illərdi hamı baş katib kimi Elxan Məmmədovu görüb. İndi ikisi bir yerdə olsa, yenə əvvəlki təəssürat olacaqdı. Yəni özünün iştirakı ilə Sərxanın Hacıyevin ikinci planda görünməsini istəmədiyi üçün səfərə yollanmadı”.
İLKİN SULTANLI




