Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, U-21 bu gün “Dalğa Arena”da Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun saat 18.00-da başlayıb. Qarşılaşma yığmamızın minimal hesablı qələbəsi ilə nəticələnib - 1:0. Matçda yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.