“Uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin”

16.11.2023 23:48 222
Yığma / Manşet
Millimiz AÇ-2024-ün seçmə mərhələsində İsveçi məğlub edib - 3:0.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

“Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu, artıq bir dönüşdü. Çempionatımız çox maraqlı gedir. Lider, axırda qalan yoxdu. Bugünkü oyun da bunun nəticəsidi. Hamını təbrik edirəm”.


- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdı?
- Hələ bu məsələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidi. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.

- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
- Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsın.

- Mart ayında yenidən AFFA -nın prezidenti vəzifəsində qalacaqsınız?
- Ona baxarıq.