Məlum olduğu kimi, noyabrın 18-də Bakıda "Neftçi" ilə “Zenit” arasında yoldaşlıq oyunu keçiriləcək. Sankt-Peterburq klubunun səfər planı bəlli olub.
"Football-plus.az"a daxil olan məlumata görə, Rusiya çempionu noyabrın 17-si axşam saatlarında Bakıya təşrif buyuracaq və "Hilton" otelində məskunlaşacaq. Oyun bitən kimi isə vətənə qayıdacaqlar. Bir sözlə, "Zenit" "Neftçi" ilə oyunu, sadəcə, yola verəcək.
İLKİN SULTANLI