"Neftçi" - "Zenit" matçının vaxtı bəlli oldu

18.10.2023 13:09 748
Premyer-liqa / Manşet
Bildiyiniz kimi, noyabrda "Neftçi" "Zenit"lə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, artıq qarşılaşmanın keçirilmə zamanı bəllidi. Görüş noyabrın 18-də "Neftçi Arena"da oynanılacaq. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Emin Əfəndi təsdiqlədi:

"Artıq razılıq əldə olunub. Qarşılaşma ayın 18-də baş tutacaq. Sankt-Peterburq klubu tərəfindən təsdiqlənməmiş xırda təfərrüfatlar var. Bu məsələlər də yaxın günlərdə öz həllini tapacaq".


İLKİN SULTANLI