AÇ-2024-ün rəsmi topu təqdim edildi

15.11.2023 15:56 297
AÇ
UEFA 2024-cü il Avropa çempionatının rəsmi topunu təqdim edib.

"Football-plus.az" xəbər verir ki, topun dizaynının futbol sevincindən və turnirin enerjisindən ilhamlandığı bildirilib. Top hər bir hərəkətinin oxunmasını təmin edən və VAR-ın köməyi ilə hakimin qərar vermə prosesini asanlaşdıran xüsusi texnologiya ilə təchiz olunub.

Top qara, sarı, qırmızı və yaşıl rənglərdə, üçbucaqlı naxışlı qanad formaları ilə ağ rəngdə hazırlanıb. Topun üzərində AÇ-2024-ə ev sahibliyi edən hər bir şəhərin adı ilə yanaşı, bütün turnirin stadionlarının illüstrasiyaları əks olunub.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.