Region Liqasında çıxış edən klub rəhbərsiz qaldı

26.01.2023 11:52 326
Ölkə futbolu
Region Liqasında çıxış edən "Füzuli"də struktur dəyişikliyi olub.

Football-plus.az xəbər verir ki, klubun prezidenti Nəriman Əliyev vəzifəsindən ayrılıb. O, istefa verib. Buna səbəb Nəriman bəyin "Füzuli Rayonu Qarabağ Qazilər Cəmiyyəti"nin sədri vəzifəsindəki işlərinin yoğunluğu və səhhətində problemlərin olmasıdı.

Bu barədə klubun rəsmi "instaqram" hesabında paylaşım edilib. Məlumatda Nəriman bəyin "Füzuli"yə maddi və mənəvi dəstəyini davam etdirəcəyi də vurğulanıb.