İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Dünyasını dəyişən Əhməd Nəsibov isə "Kəpəz"in sadiq azarkeşlərindən biri olub. "Football-plus.az"a bununla bağlı bilgini Gəncə təmsilçisinin fanatlarından Elmar Əliyev verdi:
"Bir insan həyatını itirirsə, hər kəs ona görə çox pis olur. Əhməd Yevlaxda yaşasa da, ürəyi həmişə "Kəpəz"lə döyünürdü. Hətta öz hesabına oyunlara baxmağa gəlirdi. Klub rəhbərliyi də onun bu addımına daim dəyər verirdi. Çox çılğın azarkeş idi. Daha sonra Gəncədə uzun müddət futbol olmadı. O da soyudu və oyunlara gəlmədi. Allah ailəsinə səbr versin. Əlbəttə, "Kəpəz" həmişə azarkeşlərinin yanındadı".
CAVİD ƏLİYEV




