Millimiz AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç (16 noyabr) və Belçikaya (19 noyabr) qarşı keçiriləcək oyunların hazırlığına başlayıb.
"Football-plus.az" xəbər verir ki, komandanın “Dalğa Arena”dakı bazasında təlim-məşq toplanışına start verilib.
Kollektiv stadionda ilk məşqinə çıxacaq.
Qeyd edək ki, millimiz sabaha qədər tam heyətlə hazırlaşmayacaq. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı və Mahir Emreli yalnız bu gün axşam saatlarında düşərgəyə qoşulacaq.