"Qarabağ"ın səfər planı bəllidi

21.10.2023 23:28 348
Ölkə futbolu / Manşet
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində Almaniyada "Bayer-04"lə üz-üzə gələcək.

Həyacanla gözlənilən matça sayılı günlər qalmışkən "köhlən atlar"ın səfər planı maraqlıdı. Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən məlumat aldıq. Onun "football-plus.az" söylədikləri:

"Oktyabrın 24-ü, saat 19.00-da uçuş nəzərdə tutulub. Komanda Almaniyada "Althoff Grandhotel Schloss Bensberg"da məskunlaşacaq. 25-i 18.40-da Qurban Qurbanovun mətbuat konfransı, 19.00-da isə oyunöncəsi sonuncu məşq prosesi keçiriləcək".

KƏNAN BAHADIR