AFFA rəsmisi millinin rəqiblərinin oyununda

12.11.2023 14:57 194
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xudiyev noyabrın 19-da keçiriləcək İsveç - Estoniya oyununun hakim-inspektoru olacaq.

Azərbaycan yığması Avro-2024-ün F qrupunda İsveç, Estoniya, Avstriya və Belçika ilə mübarizə aparır. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv noyabrın 16-da Bakıda İsveçi qəbul edəcək, 19-da isə səfərdə Belçikanın qonağı olacaq.

Milli 6 oyundan sonra 4 xalla 4-cü sıradadı.