Alvaro Morata ilə bağlı şayiələrə son qoyulub.
“Football-plus.az” xəbər verir ki, “Atletiko” hücumçusu ilə müqaviləni yeniləyib. Tanınmış jurnalist Fabritsio Romanonun sosial şəbəkə hesabları vasitəsilə yaydığı məlumata görə, tərəflər arasında reallaşan yeni müqavilənin müddəti 2027-ci ilin iyununa qədərdi. Bir müddət əvvəl “Los Anceles Qalaksi”nin ispan forvardı transfer etməyi planlaşdırması haqda xəbər yayılmışdı.
Qeyd edək ki, Morata daha əvvəl Madrid klubunda 2019-20-ci illərdə çıxış edib. Növbəti iki ili icarə qaydası ilə “Yuventus”da keçirəndən sonra ötən mövsümün əvvəlində “Atletiko”ya qayıdıb.