"Yuventus" iki futbolçusu ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, Turin təmsilçisi icarə müqaviləsi başa çatan hücumçu Alvaro Morata və klubla sözləşməsini yeniləməyən Paulo Dibala ilə vidalaşıb. Bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.
Morata Madrid "Atletiko"suna qayıdıb. Dibala isə azad agentə çevrilib.