Şəki Qaxın üzünü güldürdü, prezident 15 yaşlı uşaqdan danışdı

8.11.2023 22:33
Ölkə futbolu / Manşet
2-ci liqanın son turunda sensasiya qeydə alındı.

Çempionluğa iddialı "Sheki City" evdə autsayder "Kürmük Qax"a 1:2 hesabıyla məğlub oldu.

"Football-plus.az" saytı olaraq, bu yenilginin səbəblərini aydınlaşdırmaq üçün Şəki təmsilçisinin təsisçisi və prezidenti Elgün Hüseynova müraciət etdik:

"Heyətimizdə əsas heyət oyunçularından zədəlilər və cəzalılar vardı. Hətta meydana buraxdığımız start heyətinin oyunçuları arasında da zədəlilər vardı. Onlar iynə vurub meydana çıxmışdılar. Xülasə hazırlıqsız futbolçularla meydana çıxmışdıq. Hətta məcburiyyətdən 15 yaşlı oyunçunu oyuna qoşduq. Təbii ki, istəməzdik məğlub olaq. Liderlik uğrunda döyüşürük. 3-cü pillədəydik, hazırda 5-ci yerə endik. Amma ümidimizi itirmirik. Bu nəticədən dərs çıxarın, irəli baxacağıq".


ABDULLA İSMAYILOĞLU