Yaponiyalı çempion xəstəxanaya yerləşdirilib

6.11.2023 12:16 182
İdman
Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita xəstəxanaya yerləşdirilib.

Football-plus.az" xəbər verir ki, funksioner yıxılaraq boyun fəqərələrini zədələyib. O, bu səbəbdən əməliyyat olunacaq. Qeyri-müəyyən müddətə komitənin rəhbəri vəzifəsini vitse-prezident Yuko Mitsuya icra edəcək.

Qeyd edək ki, Yasuhiro Yamasita cüdo üzrə olimpiya və dördqat dünya çempionudu.