Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib

3.06.2023 10:00 238
İdman
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycana gəlib.

"Football-plus.az" xəbər verir ki, 70 yaşlı almaniyalı funksioner artıq Bakıdadır.

O, Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatını da izləyəcək.

Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.