• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abbondanza “Rabitə”də 130 min avro qazanıb

Aktual / İdman

5-11-2023, 20:0

Azərbaycanlı voleybolsevərlərin unuda bilmədiyi bir mütəxəssis var. Yox, söhbət Faiq Qarayevdən getmir, onun yeri ayrıdı. Həmin insan 2012/13 mövsümündə “Rabitə”yə rəhbərlik etmiş, komandanı böyük uğurlara daşımış Marsello Abbondanzadı.

53 yaşlı italiyalı mütəxəssislə əlaqə saxladıq, keçmiş günləri yada saldıq.

- Uzun müddətdi ölkəmizi tərk etmisiz. Hazırda harda işləyirsiz?
- Koreyada - “Pink Spiders” komandasında. Hər şey yaxşıdı.

- Azərbaycanı, “Rabitə”ni necə xatırlayırsız?
- Bakı möhtəşəm şəhərdi. Azərbaycanla bağlı çox yaxşı xatirələrim var. “Rabitə”də isə unudulmaz bir mövsüm keçirdim. Bu komanda ilə ölkə çempionu olduq, Çempionlar Liqasının finalında oynadıq. Çox yaxşı təcrübə qazandıq.

- O vaxt “Rabitə”yə sizi kim gətirmişdi?
- Klubun o zamankı meneceri İlqar İmamquliyev məni “Rabitə”yə çağırdı.

- Artıq Azərbaycan voleybolu əvvəlki kimi güclü deyil. Təəssüf ki, sizin çalışdırdığınız “Rabitə” də yoxdu. Belə durumun səbəbi nədi?
- Bilirəm, hər şeydən xəbərim var. Azərbaycan voleybolu çox şey itirib. Artıq əvvəlki kimi sizin liqanıza pul ayırmırlar, güclü oyunçular gətirmirlər. İstəsələr, ölkə voleybolunun keçmiş nüfuzunu qaytara bilərlər. Bunun üçün müəyyən layihələr qurulmalıdı, investisiya, pul və insanların maraq göstərməsi lazımdı. Bir mövsüm sizin ölkədə işlədim və gördüm ki, orda voleybolu çox sevirlər. Ümid edirəm ki, yenidən güclü çempionatınız olacaq.

- Azərbaycandan kimlərlə əlaqəniz var?
- Sadəcə, İlqar İmamquliyevlə əlaqəm var. Bəzən onunla danışırıq. İlqar əla insandı, ona burdan salam göndərirəm.

- Sirr deyilsə, bir mövsüm üçün “Rabitə”də nə qədər qazandız?
- Bir mövsüm üçün 130 min avro qazandım. Səhv etmirəmsə, oyunçulardan ən çox maaş alan Montana idi. Amma onun qazancını dəqiq deyə bilmərəm. Çünki voleybolçuların məvacibini bilmirdim.

- “Rabitə”də işlərin yaxşı getdiyi vaxtda niyə komandadan ayrıldız?
- “Fənərbaxça”dan yaxşı təklif aldım. Buna görə də Bakını tərk etdim.

- Azərbaycandan ayrılandan sonra yenidən ölkəmizdən təklif almısızmı?
- Heç bir təklif olmayıb.

- “Rabitə”də unuda bilmədiyiniz oyun hansı olub?
- Çempionlar Liqasında Kazan “Dinamo”su üzərindəki qələbəmiz. Məyus olduğum matç isə Bakıda həmin turnirin finalında Türkiyə “Vakıfbank”ına uduzmağımızdı. Lakin gözəl hisslər idi. “Dördlər finalı”na Azərbaycan evsahibliyi edirdi. Həqiqətən də çox yaxşı təşkilatçılıq oldu.

- Düşünürsüzmü ki, artıq Azərbaycanda bu uğurlarınız unudulub?
- Bunlar mənim vecimə deyil. Sadəcə, ömrümün sonuna kimi “Rabitə”də qazandığım uğurları xoş xatirə kimi yadımda saxlayacam.

- Ölkəmizdə hansı yerli voleybolçunu bəyənirdiz?
- Yelizaveta Rubanı deyərdim. O zaman gənc idi. İndi Rumıniyada çıxış edir. Əslən ukraynalı olsa da, voleybolun sirlərini sizin ölkədə öyrənmişdi. Çox istedadlı oyunçudu.

- Azərbaycanlı voleybolçuların əcnəbilərdən geri qalmsının səbəbi nədi?
- Düşünürəm ki, legioner oyunçuların ölkəyə gəlişi inkişaf baxımından azərbaycanlı voleybolçulara da müsbət təsir edəcək. Liqanın səviyyəsinin yüksək olmasını istəyirsizsə, əcnəbiləri ölkəyə gətirməlisiz. Lakin buna da yaxşı pul lazımdı. Məsələn, Türkiyədə italiyalı çalışdırıcılara şans verirlər və bunun həm klubda, həm də millidə nəticəsini görürlər.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman / Müsahibə

16-08-2023, 12:0

“Rəqib kimi Azərbaycana qayıdanda özümü evimdəki kimi hiss etdim” - MÜSAHİBƏ

Aktual

3-11-2023, 23:0

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti açıqlama yaydı

Aktual
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
Son xəbərlər
  • Bu gün, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Bu gün, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Bu gün, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Bu gün, 15:36
    Veremeyev də göndərildi
  • Bu gün, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Bu gün, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
  • Bu gün, 14:03
    “Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
  • Bu gün, 13:30
    Əziz Yıldırım sabiq niderlandlı ulduzu ''Fənər''ə geri qaytarır
  • Bu gün, 13:00
    Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
  • Bu gün, 12:30
    Əziz Yıldırım Kocamanın ''Fənər'' üçün dəyərini xatırlatdı
  • Bu gün, 11:59
    Millimiz Fransaya qarşı
  • Bu gün, 11:20
    PSJ ardıcıl ikinci, “Arsenal” tarixinin ilk titulunu qazana bilər
  • Bu gün, 10:49
    "Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
  • Bu gün, 10:03
    Bu klub Fatidən razıdı
  • Dünən, 23:58
    İran Antalyada qələbə qazandı
  • Dünən, 23:26
    “İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
  • Dünən, 23:00
    “Qələbə qazanmağa gəlmişdik” – Abbe Usman
  • Dünən, 22:34
    Nərimanın forması Budapeştdə nümayiş etdirilir
  • Dünən, 22:03
    "Şamaxı"da 11-ci ayrılıq
  • Dünən, 21:32
    Əli Səmədov daha iki il "Kəpəz"də - RƏSMİ
  • Dünən, 21:21
    Murad Məmmədov “Pafos”a nə vaxt qoşulacaq? – “mənə belə deyiblər”
  • Dünən, 20:35
    Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
  • Dünən, 20:04
    Jezuş Səudiyyə Ərəbistanından rəsmən ayrıldı - Türkiyəyə gələcəkmi?
  • Dünən, 19:33
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • Dünən, 19:02
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • Dünən, 18:31
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • Dünən, 18:01
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • Dünən, 17:40
    Yankoviç yığmaya dəvət aldı
  • Dünən, 17:19
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • Dünən, 17:00
    Romadan Milana üz tuta bilər
  • Dünən, 16:29
    Modriç üçün həqiqət anı
  • Dünən, 15:58
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
  • Dünən, 15:27
    Milli komandada yeni müqavilə
  • Dünən, 14:56
    A seriyasında istefa
  • Dünən, 14:35
    Bütün diqqətlər Londona yönələcək
Daha çox
Oxunub: 353
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 259
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 193
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 193
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə