• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Rəqib kimi Azərbaycana qayıdanda özümü evimdəki kimi hiss etdim” - MÜSAHİBƏ

İdman / Müsahibə

16-08-2023, 12:0

Azərbaycanlı voleybolsevərlərin həmişə xatırladığı birisi var. Haqqında bəhs etdiyimiz xanım 2012/13 mövsümdə "Rabitə"nin şərəfini qorumuş Madeleyne Montanadı.

"Football-plus.az" olaraq 40 yaşlı kolumbiyalı voleybolçu ilə söhbətdə ötən günləri yada saldıq.

- Montana, səni Azərbaycandan salamlayıram.
- Çox sağ ol. Mən də səni Yunanıstandan salamlayıram (gülür).

- İşlərin necədi? Nə işlə məşğulsan?
- Hazırda Salanikidəyəm. Həyatımda və peşəkar karyeramda yeni bir səhifə açmışam. Yunanıstanın "NEA Genea" komandasına keçmişəm.

- 40 yaşın var. Lakin hələ də karyeranı davam etdirirsən...
- Voleybol sevgim heç vaxt bitməyəcək. Bədənimi və beynimi təmiz vəziyyətdə saxlamaq üçün idmanla məşğul oluram. Hazırda bütün diqqətimi yeni komandama yönəltmişəm.

- Azərbaycanı, "Rabitə"ni necə xatırlayırsan?
- Bakı və "Rabitə" karyeramın unudulmaz xatirələri sırasındadı. Avropada ilk təcrübəm bu kollektivlə başladı. O komanda ilə möhtəşəm işlər gördük. Azərbaycanın insanları çox qonaqpərvərdi. Bir də əldə etdiyimiz uğurlar həmişə xatirə kimi qalacaq.

- "Rabitə"dəki ən unudulmaz anıların hansılardı?
- Klublararası dünya çempionluğu, Çempionlar Liqasının finalına çıxmaq, ölkə çempionluğu və kubokunun qalibi olmaq, məşhur voleybolçularla və baş məşqçimiz Marsello Abbondanza ilə birlikdə işləmək mənim üçün gözəl duyğular idi. Bunlar fantastika idi. Mən bir il ərzində "Rabitə" ilə möhtəşəm oyunlar keçirdim. Bunları heç vaxt unutmayacam.

- Azərbaycan voleybolunun hazırkı durumundan xəbərdarsan? Artıq sən oynadığın dövrlə indiki arasında çox fərq var. "Rabitə" yoxdu, ölkə voleybolu da əvvəlki səviyyədə deyil...
- Bunlar haqda məlumatım var. Bizim dövrümüzdə güclü çempionat və güclü voleybolçular sizin liqada çıxış edirdi. İndiki duruma təəssüf edirəm. Arzulayıram ki, Azərbaycan voleybolu şərəfli dövrlərinə qayıtsın. Ölkə voleyboluna, aşağı yaş qruplarına maliyyə ayrılmalıdı. Güclü sponsorlar tapılmalıdı. Bundan sonra inkişaf görəcəyik. Yaxşı məşqçilərlə işləmək, gənc qızları da onların yanına göndərmək lazımdı.

- "Rabitə"yə gəlişin necə alınmışdı?
- Üç il Koreyada çıxış etdikdən sonra Avropada oynamaq qərarına gəldim. Daha doğrusu, "Rabitə"nin idman direktoru İlqar İmamquliyev Asiyadakı oyunumu bəyənib baş məşqi Marsello Abbondanzaya məlumat vermişdi. Müzakirələrdən sonra məni komandaya transfer elədilər.

- Bəs "Rabitə"dən niyə ayrıldın? Axı komandada işlərin yaxşı gedirdi...
- Ailə məsələlərinə görə "Rabitə"ni tərk etdim. Oğlum Yunanıstanla Azərbaycan arasında olan məsafəyə görə çətinlik çəkirdi. Buna görə də rahat yolunu tapdıq. Lakin rəqib kimi Azərbaycana qayıdanda özümü evimdəki kimi hiss etdim.

- Azərbaycandakı dostlarınla əlaqən varmı?
- Komandamızın o zamankı idman direktoru İlqar İmamquliyev və oğlumun dayəsi Şəfiqə ilə əlaqə saxlayıram. Hər ikisi mənim üçün dəyərlidi.

- Azərbaycanda başına gələn ən maraqlı hadisə nə olub?
- Əvvəlcə onu deyim ki, Bakıya yeni gələndə ünsiyyət baxımından problem yaşayırdım. Lakin sizin insanlar dil bilməsələr belə, hansısa yolla fikirlərini izah edirdilər. Bu da adama təəccüblü gəlirdi. Başıma gələn maraqlı hadisə isə belə olub. Deməli, gəldiyim ilk həftə idi, supermarketə un almağa getmişdim. Satıcıya fikrimi izah edə bilmədim, özüm axtarmağa başladım. Daha sonra gördüm ki, marketdə olanların hamısı diqqətlə mənə baxır və arxamca gəlirlər. Bu anda qorxmuşdum. Sonra anladım ki, onlar mənə kömək etmək istəyirmişlər. Həqiqətdən də Azərbaycan xalqının qonaqpərvərliyi çox əladı.

- "Qalatasaray"da oynadığın zaman "Rabitə" ilə aranda pul məsələsi var idi. Hətta klubdan şikayət də eləmişdin. Bu proses necə bitdi?
- "Rabitə" ilə aramda anlaşılmazlıq olmuşdu. Bu məsələ keçmişdə qaldı. Hər şeyi sülhlə şeyi sonlandırdıq.

- Azərbaycan mətbəxi ilə aran necə idi? Xoşladığın yeməklər var idi?
- Əvvəllər paxlava və çayı xoşlamırdım. Daha sonra sevməyə başladım. Ən çox sevdiyim yeməklər isə plov və saciçi idi. Oğlumun dayəsi Şəfiqə sayəsində Azərbaycan mədəniyyətini və mətbəxini tanıdım. Şəfiqə bu müsahibəni oxuyursa, ona təşəkkür etdiyimi bilsin.

- Azərbaycana gəlməyi planlaşdırırsan?
- Bakıya gəlməyi və şəhərin zamanla necə dəyişdiyini görmək istəyirəm. Azərbaycan insanları çox qonaqpərvərdi.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Aktual / Müsahibə

31-07-2023, 17:0

Dodonun ən unudulmaz xatirələri “Qəbələ” ilə bağlıdı - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

3-08-2023, 18:0

Flavinyo: “Sadıq Sadıqov mənə demişdi ki, karyeranı bitirəndən sonra "Neftçi"yə qayıdarsan” - MÜSAHİBƏ

Ölkə futbolu

28-11-2022, 10:0

"Dostlarım dedi ki, Azərbaycana getmək, karyeranı bitirmək kimidi" - Mikels

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 240
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 240
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə