Xəbər verdiyimiz kimi, cümə günü Qəbələyə yollanan "Neftçi"nin avtobusu Bayıl qəsəbəsində qəzaya keçirib. Nəqliyyat vasitəsində olanlardan kimsə xəsarət almayıb.
Hadisə ilə bağlı təfərrüfatları öyrənmək üçün "ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxladıq:
"Buna qəza belə demək olmazdı. Hər şey qaydasındadı. Sadəcə, mediada xəbər yayıldı deyə ictimaiyyətə məlumat verməli olduq. Qəza planlarımızda hansısa dəyişikliyə səbəb olmadı. Komanda yoluna davam etdi".
Klub rəsmisi kollektivin 2 gün öncədən Qəbələyə yollanmasının səbəbini də açıqladı:
"Burda qeyri-adi nəsə yoxdu. Dəfələrlə olub ki, rayon oyunlarına 2 gün öncədən getmişik. Bu, baş məşqçinin istəyinə uyğun olaraq təmzinlənir".
İLKİN SULTANLI