Region Liqası 39 komanda ilə başlayacaq

17.10.2023 15:36 435
Əvəzedicilər
Region Liqasında püşkatma mərasiminin vaxtı dəqiqləşsə də, yeni mövsümdə neçə komandanın mübarizə aparacağı bəlli deyildi. Gah 28, gah 30, gah 35, gah da 40 iştirakçının olacağı söylənilirdi.

Həmçinin AFFA-nın hər oyun üçün klublara ayırdığı 300 manatın artacağı, 600 manata çatacağı yönündə də iddialar səslənməkdə idi. Dünən bütün bu məsələri AFFA-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə dəqiqləşdirdik:

"AFFA Region Liqasının 2023/24-cü illər mövsümündə 39 komanda mübarizə aparacaq. Hər oyun üçün təyin olunan 300 manat da artırılmayıb”.


Elnur Məmmədli bizə iştirakçıların siyahısını da təqdim etdi.

Mərkəz zonası: Ərgünəş, Göyçay*, Hacıqabul*, Ağcabədi*, Araz (İmişli)*, İsmayıllı, Mil, Ümid (Saatlı)*.
Cənub zonası: Biləsuvar*, Ərkivan (Masallı), Lənkəran*, Masallı, Neftçala, Qobustan FK, Zəfər 44.
Şimal-Qərb və Qərb zonası: Ağstafa Gəncləri*, Balakən*, Bərdə*, Göyəzən, Qala (Goranboy)*, Qarxun (Yevlax)*, Şəki, VT Gəncə.
Paytaxt və Şimal zonası: Çinar Zəngilan, Cürət, Dirçəliş, Gənclər*, Gənclik, Hypers*, İCBFA, İrəvan, Lokomotiv, Mübariz, Ramana*, Record Club, Şimal (Xaçmaz)*, Şirvanovka, ŞKGB*, Xanlıq (Qubadlı)*.
Adından sonra * işarəsi qoyulanlar Region Liqasında ilk dəfə iştirak edəcək. Onu da nəzərinizə çatdıraq ki, turnirin püşkü oktyabrın 19-u, saat 15.00-da AFFA-da atılacaq.

ABDULLA İSMAYILOĞLU