Region Liqasının başlaması AFFA-ya görə gecikir

30.10.2022 21:10 493
Ölkə futbolu / Manşet
Oktyabrın 18-də AFFA Region Liqasının püşkatma mərasimi keçirildi.

Football-plus.az xəbər verir ki, mərasimdə yeni mövsümdə iştirak edəcək komandaların adı və sayı da açıqlandı. Mübarizəyə 42 komanda qatılacaq. Çempionata isə bu həftəsonu start veriləcəkdi. Lakin son günlər dolaşan xəbərlərə görə, turnirin başlama tarixində dəyişiklik olacaq.

Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq:

“Bəli, Region Liqasının start tarixini bir həftə geri çəkdik. Bildiyiniz kimi, komandaların hər birinə formalar verilir. İstəyirk bütün komandalara forma verək ki, çempionata hazır başlasınlar. Müəyyən texniki səbəblər üzündən formaların çatdırılmasında gecikmə oldu. Ona görə də turnirin start tarixini uzatdıq. Formalar xaricdən, quru yolla gəlir. Belə problemlər gözlənilən idi. Yəni ciddi səbəb yoxdu. Sadəcə, çempionata tam hazır başlamaq üçün bu qərarı verdik”.


ŞAİR ABDULLA