30 yaşlı oyunçu həm də “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutunun həmyerlisidi, yəni rumıniyalıdı. Görəsən, xanım idmançının stadiona aparan səbəb nə idi? Bu sualı səbəbkarın özünə ünvanladıq:
“Adrian Mutu ilə şəxsi tanışlığım yoxdu. Lakin o, Rumıniyada çox məşhurdu. Hər kəs onu tanıyır. Valideynlərim onun Azərbaycanda işlədiyini dedilər və mən də bu oyuna getdim. Boş vaxtım olduqca “Neftçi”nin oyunlarını izləmək üçün stadiona gedəcəm. Düzünü desəm, sizin futbol çempionatınızı izləmirəm. Sadəcə, həmyerlim burda olduğu üçün dəstək oluram”.
CAVİD ƏLİYEV





