• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Növbəti “El-Klasiko” nə vəd edir? - oyuna baxmamış bu yazını oxu

Aktual / Dünya futbolu

28-10-2023, 17:0

Bu dəfə səhnəyə gənclər çıxmalıdı
“Qarabağ”ın acı məğlubiyyətini unuda bilənlər üçün bu gün çox maraqlı futbol tamaşası var. Bakı vaxti ilə saat 18.15-də hakim Xil Mansanonun idarəçiliyi altında Barselonadakı Olimpiya stadionunda yerli komanda ilə “Real” qarşılaşacaq. Yeni “El-Klasiko” ərəfəsindəyik. Bəs İspaniya və dünya futbolçunun nəhənglərinin növbəti dueli nə vəd edir?

Peres oyunu boykot edəcək?
Heç bir qalmaqal yoxdusa, “El-Klasiko”nun nə ləzzəti?! “Neqreyra işi” (bu haqda çox yazdığımızdan təkrarlamağa ehtiyac yoxdu) aktuallan kimi, yəni hələ martda “Barselona” ilə “Real” arasında ciddi toqquşma oldu. Onda Florentino Peres Direktorlar Şurasının təcili iclasını keçirdi, Madrid klubu iclasın ardından ittiham tərəfindən prosesə qatılmağa hazır olduğunu bəyan etdi. Bu hadisə yenidənqurma üçün bağlanan “Kamp Nou”da keçirilən hələ ki sonuncu derbi ərəfəsində baş verdiyindən klub prezidentləri son illərdə ilk dəfə ənənəvi birgə naharı ləğv etdilər və oyun vaxtı yanaşı əyləşmədilər.
Belə düşünmək olardı ki, son yarım ildə ehtiraslar sakitləşdirib, hətta Xuan Laporta yaxınlarda verdiyi müsahibə də dolayısıyla buna çalışmışdı. Futbol leksiokonuna “sosial madiridizm” terminini əlavə edən kataloniyalıların prezidenti “Barsa”nın bütün düşmənlərinə cavab versə də, xüsusi şəkildə vurğulamışdı ki, “Real”dan olan həmkarına iradı yoxdu, suyu bulandıran başqalarıdı. Laporta Peresi qarşıdakı oyunda gözlədiyi də demişdi. Ancaq “Real”ın “Braqa” ilə Çempionlar Liqasındakı oyununun gedişində bütün bu diplomatiyanın mənası itdi.

“Barselona”nın Direktorlar Şurasının üzvü Mikel Kamps sosial şəbəkədə madridlilərin ulduzu Vinisius Juniora sataşdı: “Bu irqçilik deyil, ancaq Vinisius kloun olduğuna, meydanın mərkəzindəki mənasız tryuklarına görə boynunun arxasına zərbəni haqq edir”. Kamps paylaşımı operativ şəkildə silsə də, internet hər şeyi yadında saxlayır və müvafiq skrinşotlar dərhal bütün dünyaya yayıldı.

“Barselona”nın vitse-prezidenti Rafa Yuste həmkarını tənqid etməklə yanaşı, Vinisiusdan şəxsən üzr istədi. Xavi isə “Şaxtyor”la oyundan sonra maksimum dərəcədə diplomatik tərzdə danışdı: “Gərginlik xoşuma gəlmir. İstəyirəm ki, “klasiko”da hörmət və hətta qarşılıqlı heyranlıq olsun”.
Ancaq “Barsa”nın birinci şəxslərini susqunluğu və üzr istəməmələri Peresi qəzəbləndirib. Hətta o dərəcədə güclü ki, prezidentə yaxın mənbələr onun bugünkü oyunu boykot edəcəyini deyirlər.

Mansanonun 10 “qırmızı”sı
Ancaq bəlkə də “Barsa”nın birinci şəxsləri tam başqa qayğılarla yaşayır. Elə həmin “Neqreyra işi”, xarici düşmənlərlə və KİV-in hücumu ilə mübarizə indi gündəmin əsas məsələləridi. Bu mövzular “Barsa”nın son beş prezidentinin – Laporta, Xosep Bartomeu, Xuan Qaspar, Sandro Rossel və Enrike Reynanın görüşündə fəal şəkildə müzakirə olunub. Bu görüş “Barsa” camiəsinin vahidliyini göstərməyə xidmət edirdi.

Sui-qəsd axtarışı isə kataloniyalıların sevimli mövzusudu. Məsələn, ötən həftə Naçonun diskvalifikasiyasının üç oyundan ikiyə endirilməsində “Madrid əli” axtarırdılar. Hətta apellyasıya komissiyasının üzvü Luis Kasorlanın 20 ildən artıqdı “Real”a azarkeşlik etməsiylə bağlı köhnə qeydlərini üzə çıxarmışdılr. Ancaq reallıq budu ki, “kral klubu”nun cəzasnın yüngülləşdirilməsinə ümid etməyə əsası var idi, çünki aşkar kobudluqdan sonra meydanı xərəkdə tərk etməyə məcbur olan “Jirona”nın yarımmüdafiəçisi Portu ciddə zədə almamışdı, hətta növbəti turun oyununda adı iştirak ərizəsinə də salınmışdı.

Amma bu məqam da ikili standartlarla bağlı söhbəti səngitmədi. Xavi hətta Levandovskinin ötənilki qovulmasını (polşalı hakimlərin ünvanına jestə görə 3 oyunluq cəza almışdı) da xatırladı. Onda “Barsa” da apellyasiya ərizəsi vermişdi, ancaq xahişi rədd olundu. Daha bir maraqlı məqam odu ki, şənbə oyununun idarəçiliyi məhz polşalı bombardiri meydandan qovan Xesus Xil Mansanoya tapşırılıb!

Kataloniyalıların bu qərarı necə qarşıladığını bilmək üçün xüsusi fantaziya sahibi olmağa ehtiyac yoxdu. Bu məqamda Mansanonun “Barsa” ilə “Real” arasındakı duelləri necə idarə etməsi ilə bağlı statistika da işə yaradı. Adı çəkilən referi dünyanın ən məşhur derbilərindən birində indiyə qədər “Real”dan 4, “Barsa”dan 10 futbolçunu meydandan qovub. Hətta bu rəqəm də yox, “Barsa”nın meydandan qovulan futbolçularının personası adamı vahimələndirir. Levandovski ilə yanaşı, Neymar, Luis Suares və Messi də onun qəzəbinə tuş gəlib! Üstəlik Mansano o vaxt “Atletiko”da çıxış edən Joao Felişi də vaxtından əvvəl paltardəyişmə otağına göndərib.

Gənclər üçün ilk “el-klasiko”
Bir sözlə, qarşıdakı “el-klasiko” ərəfəsində informasiya fonu yetərincə gərgindi. Hətta o dərəcədə ki, futbol özü arxa plana keçib. Hərçənd birbaşa oyunla bağlı intiqa və emosiyalar da çoxdu. Məsələn, “Real”ın azarkeşləri “Braqa” ilə oyunda azca axsayan Cud Bellingemin əvəzlənməsini həyəcanla qarşıladı. İngiltərəli ulduz qeyri-adi statistikası (11 qol, 3 məhsuldar ötürmə) ilə komandaya inanılmaz yardım göstərir.

Ancaq Karlo Ançelotti əmin edir ki, söhbət yalnız Portuqaliyada hədsiz yumşaq qazon üzündən yaranan əzələ ağrılarından gedir. Xatırlayırsizsa, İspaniyadakı ilk böyük oyun (“Atletiko” – 1:3) ərəfəsində Cud iki gün məşq edə bilməmiş və meydanda ən yaxşı oyununu göstərə bilməmişdi. Bundan başqa, ingiltərəli ulduz emosiyalarını da idarə edə bilməmiş, Korreaya qarşı hədsiz kobud oyuna görə möcüzə nəticəsində qırmızı vərəqə almamışdı.

Çox güman, bu gün Bellingemin “Real”ın ən prinsipial rəqibinə qarşı özünü göstərmək imkanı olacaq. Ancaq aydın məsələdi ki, komandaların optimal heyətlə oynayacağını deməyə dəyməz. Və Madriddə artıq çoxdan Kurtua ilə Eder Militaonun uzunmüddətli yoxluğu ilə barışıblırsa, “Barsa”da əsl zədə epidemiyası hökm sürür. Yaxşı ki çərşənbə günü – “Şaxtyor” ilə oyunda yüngül zədə alan Joao Feliş zədəlilər sırasında qoşulmadı. Xavinin liderlərdən kiminsə dönüşü ilə bağlı ümidləri isə heç cür doğrulmur. Srağagün yalnız Rafinya müəyyən məhdudiyyətlərlə kollektiv məşqə qatıla bilib. Levandovski, Frenki de Yonq, Pedri, Kunde və Serxi Roberto isə hələ oyundankənar vəziyyətdədi. Amma bu da gənc nəsil üçün orijinal özünü göstərmək şansıdı. 16 yaşlı Yamal, topa ikinci toxunuşunda La Liqada qol hesabını açan 17 yaşlı Giyu, “Şaxtyor”la oyunun ən yaxşısı sayılan 20 yaşlı Fermin Lopes, iyulda ABŞ-da keçirilən yoldaşlıq oyununda “Real”ın darmadağınına (3:0) qol və məhsuldar ötürmə ilə töhfə verən, hazırda əla formada olan Fernan Torres üçün.

Yeniyetmələrin hər birinin karyerasında bu, ilk “el-klasiko” ola bilər. Eləcə də madridlilərin heyətində olan Bellingem, Fran Qarsiya və 18 yaşlı Arda Gülər üçün. Düzdü, Ançelotti “Real”ın baş məşqçisi vəzifəsindəki 250-ci matçıda, çətin ki, yenicə forma yığmaqda olan türkiyəli vunderkindin sağlamlığı ilə bağlı risk edə. Ancaq bu məqam da bugünkü derbi ilə bağlı əsas gözləntiyə mane olmur: qarşıdakı oyunun taleyini böyük ehtimalla gənclər həll edəcək. Bu “tezis” hər kəsin oyuna marağını daha da artırır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-09-2023, 23:0

İlk “El Klasiko” nə vaxt keçiriləcək?

Dünya futbolu

27-09-2022, 10:0

"El-Klasiko" bu tarixdə keçiriləcək

Dünya futbolu

26-07-2022, 18:0

Peres, Laporta və Anyelli birgə nahar etdilər

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Son xəbərlər
  • Bu gün, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Bu gün, 21:35
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Bu gün, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Bu gün, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Bu gün, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Bu gün, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Bu gün, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 491
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 257
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 198
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə