Kilian Mbappe Tyerri Anrinin göstəricisini arxada qoyub.
“Football-plus.az” xəbər verir ki, PSJ-nin hücumçusu həmyerlisinin Çempionlar Liqasındakı rekordunu yeniləyib. Kilian buna qrup mərhələsinin 3-cü turunun “Milan”la oyununda (3:0) nail olub. O, ÇL-də komandasının ardıcıl 8 ev oyununda qol vurub.
Bununla da Mbappe Anrinin rekordunu arxada qoyub.
Xatırladaq ki, Anri 2001-ci ilin martından 2002-ci ilin fevralına qədər “Arsenal”ın heyətində 7 ardıcıl ev oyununda qol vurmuşdu. Mbappe isə turnirdə ardıcıl 8 ev oyununda fərqlənməyi bacaran ilk fransalı olub.