Mbappe bunu bacarağına söz verdi

31.03.2022 21:54 403
Dünya futbolu
Kilian Mbappe iddialı açıqlaması ilə diqqəti cəlb edib.

O, Fransa yığmasında qol sayına görə rekordçu olmağı hədəfə alıb. İndiyədək milli formada 25 qol vuran PSJ-nin 23 yaşlı hücumçusu Tyerri Anrinin rekordunu yeniləyəcəyinə söz verib:

“Bütün rekordları yeniləmək? Həmişə hər yerdə 1-ci olmaq istəmişəm. Anrinin rekordu ciddi nailiyyətdi. Onun rekordunu arxada qoya biləcəyimi düşünürəm. Və buna siz düşündüyünüzdən də tez nail olacağıma söz verirəm”.