“İmkanlarımızdan aşağı çıxış etdik”

25.10.2023 21:45 193
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 2-ci turdan təxirə salınmış matçda “Sumqayıt” “Sabah”ı məğlub edib - 1:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra “bayquşlar”ın çalışdırıcısı Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdu. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq”.


- 3-4 gün əvvəl də "Sumqayıt"la oyunda ilk hissədə məğlub duruma düşmüşdüz. Amma geridönüş etmişdiz. Bu gün nə alınmadı?
- Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.

- Kahim Parris və Cesse Sekidikaya çox şans verirsiz. Onların performansını necə dəyərləndirirsiz?
- Heç kimi müsbət dəyərləndirə bilmərəm. Çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik.

- Bu məğlubiyyət psixoloji təzyiq yaratmayacaq?
- Peşəm elədi ki, təzyiq hər gün var.

- Yenə qırmızı vərəqə aldınız. Hakimlərin sizinlə problemi nədi?
- Məncə, məndən daha çox onların özləri ilə bağlıdı. Emosiya göstərdiyim üçün qırmızı vərəqə göstərirlər.