"Qalatasaray"la matçda o da olmayacaq

22.10.2023 23:10 192
Dünya futbolu
"Bavariya"da daha bir ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, komandanın futbolçusu Leon Qoretska zədələnib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi Bundesliqanın "Maynts"la matçında (3:1) sıradan çıxıb. O, Çempionlar Liqasının "Qalatasaray"la görüşlərini buraxacaq.