• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlərin büdrəməsi “Neftçi” ilə “Sabah”a sərf etdi – TURUN ŞƏRHİ

Premyer-liqa

24-10-2023, 20:0

Misli premyer-liqasının 10-cu turu arxada qaldı. Həftənin ilk oyunu Tovuzda keçirildi.

“Boz qurd”un “Qarabağ”ı qəbul etdiyi qarşılaşmanı 6 min azarkeş canlı izləyirdi. 90 dəqiqə həyəcanla seyr etdiyimiz matçda qalib müəyyənləşmədi. Bu nəticə ilə “Qarabağ” vahid lider olmaq şansını itirdi. “Turan Tovuz” da tarixində ilk dəfə Ağdam təmsilçisindən xal ala bildi. Düzdü, hakim səhvləri olmasaydı, tovuzlular qələbə də qazana bilərdi. Lakin ən ədalətli nəticə elə heç-heçə idi.

Paytaxt derbisi də çox maraqlı keçdi. 6 qolun vurulduğu görüşdə “Səbail”in ardıcıl 5 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı. “Neftçi” əsas rəqiblərindən birini büdrədərək çempionluq mübarizəsində “mən də varam” dedi. Əslində “Səbail” matça çox yaxşı başlamışdı. Lakin Adrian Mutu dəyişiklərlə qarşılaşmanı çevirə bildi. Flaqmanın əsas rəqiblərinin xal itirdiyi turda qələbə qazanması çempionatın seyrini bir qədər də dəyişdi.

Şənbə günü ilk oyun Tovuzda keçirildi. “Kəpəz” – “Zirə” görüşünü izləmək vaxt itkisi idi. Komandalar kəsərli hücumlar qurmur, mübarizə əsasən meydanın mərkəzində gedirdi. Düzdü, ilk yarıda “sarı-göylər” daha yaxşı təsir bağışladı. Lakin Gəncə təmsilçisinin üzvlərinin futbolçu keyfiyyətinin aşağı olması “sarı-göylər”in bu görüşdə 2 xal itirməsinə səbəb oldu.

Günün ikinci oyunu Masazırda keçirildi. “Sabah” “Sumqayıt”ı qəbul edirdi. Əslində hər şey “kimyaçılar” üçün yaxşı başladı. Samir Abasovun komandası hesabı açsa da, üstünlüyünü qoruya bilmədi. Etiraf etmək lazımdısa, “bayquşlar” əla oyun sərgiləyərək 3 xalı hesabına yazdırmadı. Sadəcə, əzmkarlıq və güc nümayişi “Sabah”ın çempionatda 2-ci dəfə qələbə qazanmasına şərait yaratdı.

Həftənin son matçı Qəbələdə keçirildi. Yerli komanda “Araz-Naxçıvan”la üz-üzə gəlirdi. Matçın ilk dəqiqələrini “qırmızı-qaralar”ın hesabına yazmaq olar. Lakin “radarlar”ın üzvləri əlinə düşən fürsətləri sağa-sola xərclədi. Elmar Baxşıyevin komandasının iki futbolçusunun qırmızı vərəqəyə layiq görülməsi işləri korladı. “Araz-Naxçıvan” isə rəqibinə rəhm etmədi. Azər Bağırovun komandası istənilən kollektivə başağrısı olacaqlarını Qəbələdə bir daha göstərdi.
Hesabat turu ilə bağlı daha bir maraqlı məqam var. Misli premyer-Liqasında son 23 ayın rekordu qeydə alındı. Üç gün ərzində keçirilən 5 oyunda 19 top vuruldu. “Səbail” – “Neftçi” matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan” görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” və “Sabah” – “Sumqayıt” qarşılaşmalarının hərəsində 4 qol qeydə alındı. Bir turda 19 qolun vurulması təkcə mövsümün yox, 10 komandanın mübarizə apardığı son iki çempionatın mütləq rekordudu. Orta məhsuldarlıq 3,80-ə bərabər oldu. Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-in noyabrında təsadüf olunub. 2021/22 mövsümünün 10-cu turunun 4 matçında 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər idi. Noyabrın 6-7-də keçirilən turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib.

Misli premyer-liqası
2-ci dövrə, 10-cu tur
Turan Tovuz – Qarabağ 2:2
Səbail – Neftçi 2:4
Kəpəz – Zirə 0:0
Sabah – Sumqayıt 3:1
Qəbələ - Araz-Naxçıvan 1:4
1. Zirə 10 6 2 2 9-5 20
2. Qarabağ 10 6 2 2 20-8 20
3. Səbail 10 5 2 3 17-15 17
4. Araz-Naxçıvan 10 5 2 3 13-10 17
5. Neftçi 10 4 3 3 11-9 15
6. Turan Tovuz 10 3 3 4 14-13 12
7. Sumqayıt 9 3 2 4 9-13 11
8. Sabah 9 2 4 3 14-13 10
9. Qəbələ 10 2 1 7 7-20 7
10. Kəpəz 10 1 3 6 5-13 6
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 7, Aleksandr Ramalinqom (Səbail) – 5.
Növbəti turun oyunları:
28 oktyabr, 16.00. Zirə - Sabah
28 oktyabr, 19.00. Turan Tovuz – Kəpəz
29 oktyabr, 16.00. Sumqayıt – Qəbələ
29 oktyabr, 8.30. Neftçi – Sabah
30 oktyabr, 19.00. Araz-Naxçıvan – Qarabağ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-08-2023, 14:0

“Zirə” vahid liderdi, amma üç izləyicisi var - TURUN İCMALI

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Premyer-liqa

15-08-2023, 17:0

“Dalğa Arena”da sensasiya, “Qarabağ”dan darmadağın - TURUN ŞƏRHİ

Premyer-liqa

23-05-2023, 12:0

36 oyunluq seriya qırıldı

Premyer-liqa

10-10-2023, 16:0

Dövrənin iki lideri var – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

27-09-2023, 21:0

“Qarabağ” liderə yaxınlaşdı, “Neftçi” isə yerində sayır – TURUN ŞƏRHİ

Aktual
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Çempion Elgiz Kərəmli "Şəfa"dan ayrılmaq istəmir - ona hardan təklif gəlib?
Son xəbərlər
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Dünən, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Dünən, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
  • Dünən, 20:06
    "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
  • Dünən, 19:22
    ''Qalatasaray''ın sabiq üzvü Van Diyki şirnikləndirməyə çalışır
  • Dünən, 18:51
    Kənan Zirədə meydanı xərəkdə tərk etdi
  • Dünən, 18:22
    ''Əl-Nəssr'' uduzdu, Merih Dəmiral yenə sakit durmadı
  • Dünən, 17:51
    “Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
  • Dünən, 17:20
    "Sabah" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    "Zirə" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 16:28
    ''Milan''ın ulduzu ''Qalatasaray''lıların paylaşımlarını bəyəndi!
  • Dünən, 15:57
    “Kim güclüdüsə, o da qalib gəlsin” – çempionluq oyunundan əvvəl belə dedi
  • Dünən, 15:26
    ''Qalatasaray'' türkiyəli forvardın transferini bitirməyə çalışır
  • Dünən, 14:55
    ''Əl-Nəssr''dən növbəti fiasko - Ronaldo gümüş medalı almaqdan imtina etdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 287
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 211
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 187
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə