Açılış oyununun vaxtı və məkanı dəyişdirilib

31.07.2023 15:57 231
Premyer-liqa
Premyer-liqanın 1-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də saat 20.00-da “Dalğa Arena”da başlayacaq.

Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.

Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17.00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.