“Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib

17.07.2023 11:57 259
Premyer-liqa
Premyer-liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Buna səbəb Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləridi.

Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.