"Dəmiryolçular"ın rumıniyalı hücumçusu Ana-Mariya Berdila oyunla bağlı fikilərini "Football-plus.az" saytı ilə bölüşdü:
"Balta"ya qarşı oyunumuz hər gün daha yaxşı və güclü komanda qurmağımızın əsl sübutu oldu. Motivasiya və komanda ruhu bizi Avropada və Azərbaycan çempionatında gözəl nailiyyətlərə aparacaq. Həm də bu iki gün ərzində azarkeşlərin bizə qarşı göstərdikləri enerji və sevgi qələbənin gəlməsində böyük pay sahibi oldu. Karyeramda daha bir titul qazanmaq, Avropada uzun bir yol qət etmək, "Azərreyl"iqürur və peşəkarlıqla təmsil etmək üçün bura açıq ürəklə gəlmişəm. Özümü inkişaf etdirmək, komandama kömək etmək, kluba gözəl nəticələr vermək üçün əlimdən gələni edəcəyəm. Bu komandanın bir parçası olduğuma görə çox xoşbəxtəm".
CAVİD ƏLİYEV






