• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəlkə sürücünü yox, avtomobili dəyişək?”

Premyer-liqa / Manşet

18-10-2023, 19:0

Misli premyer-liqasında 9 tur geridə qalıb.

Sona çatan 1-ci dövrə proqnozları alt-üst etdiyindən ikinci də maraqla gözlənilir. Cari mövsümün geridə qalan hissəsində futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən komandalardan biri də “Səbail” oldu. Bayıl təmsilçisi 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətdən sonra 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Dənizçilər”in bu uğurunun memarı, heç şübhəsiz, təcrübəli mütəxəssis Şahin Diniyevdi. Baş məşqçi ötən “futbol ili”ndə klubu elitada saxladısa, bu dəfə rəqiblərin çəkinəcəyi komanda formalaşdıra bildi. Dünən onunla məhz yaxşı nəticələr və uğuru şərtləndirən amillər ətrafında söhbət etdik. Çalışdırıcı premyer-liqanın son durumu və komandayla bağlı detallar haqda fikirlərini də bizimlə bölüşdü.

– Şahin müəllim, 1-ci dövrə geridə qaldı. İndi mövsümün daha gərgin mərhələsi başlamaq üzrədi. 9 oyundan sonra komandanız haqda nə düşünürsüz?
- Futbolçularım haqda ancaq yaxşı sözlər deyə bilərəm. Məni yanıltmadılar. Görüşlərin hər birində əzmkar, mübariz, döyüşkən kollektiv gördüm. İlk matçlar çətin keçdi ki, bu da gözlənilən idi. Komandada köklü dəyişikliklər olmuşdu. Oyunçuların bir-birinə uyğunlaşması, fəlsəfəmi mənimsəmələri, istədiyimi verə bilmələri üçün zaman lazım idi. Şükür, tez zamanda buna nail olduq. Bundan sonra nə olur-olsun, onlardan yenə də razı qalacam. Çünki məsuliyyətlərinə, bilik və bacarıqlarına bələdəm. Əlbəttə, zamanla daha çoxunu etmək mümkündü. Məşqlərdə bunun üzərində çalışırıq.
- Komanda güclü futbolçulardan qurulanda və yaxşı nəticələr qazananda azarkeşlərin ümidi artır. Hər kəs daha yuxarı pillələrin eşqinə düşür. Sizin mövsüm üçün konkret hədəfiniz nədi?
- Azarkeşləri anlayıram. Hər kəs istəyər ki, komandası rəqiblərə meydan oxusun, avrokuboklarda çıxış etsin və s. və i.a.. Əslində bizim hədəfimiz bəllidi. Sadəcə, komanda yox, hər cəhətdən nəhəng klub araya-ərsəyə gətirmək istəyirik. İndi bütün ölkələrdə, həmçinin Azərbaycanda premyer-liqa inkişaf edir. Hətta büdcəni kəskin artırıb çempion olmaq da mümkündü. Əmin olun ki, bu birmövsümlük olacaq və qısa müddətdə qaçılmaz böhranla üzləşəcəyik. Hazırkı durumda belə səhv edə bilmərik. Elə iş görmək istəyirik ki, dayanıqlı olsun. Sonda ötən mövsümdəkindən 1 pillə yuxarıda qərarlaşmaq belə tərəqqi deməkdi. Demirəm ki, hədəf budu, amma ortaya uzunömürlü iş qoymaq istəyiriksə, bunu ilmə-ilmə toxumalıyıq. Bu gün “Səbail”dən 10-a yaxın futbolçu milli komandalara dəvət olunursa, deməli, düzgün yoldayıq.
- Büdcə demişkən, yaxşı nəticələrdən sonra ünvanınıza təriflə yanaşı, tənqidlər də səsləndirilir. Bunlardan ən əsası isə avrokubok hədəfinin olmamasıdı. Deyirlər ki, büdcə və güclü komanda varsa, hədəf niyə ilk “4-lük” deyil?
- Bundan xəbərim var. Yanlış düşüncədi. Çünki büdcəmiz deyildiyi, yazıldığı qədər çox deyil. Hətta deyərdim ki, bu yöndə bizdən aşağı pillədə olan çox klubdan geridəyik. Ümumiyyətlə, nə etdiyimizi çox yaxşı bilirik. Rəhbərlik, komandam və azarkeşlər mənim yanımdadı. Onların dəstəyini hiss edirəm. Bir müddət sorna avrokuboklarda mübarizə aparmaq ehtimalımızın yüksək olduğunu görsək, təbii ki, buna cəhd göstərəcəyik. Məncə, futbol proqnozu sevmir. Bu haqda danışmaq üçün çox tezdi.
- Düzdü, bəzən proqnozlar özünü doğrultmur. Lakin ola bilməz ki, geridə qalan matçlar mövsümün necə keçəcəyi haqda fikir formalaşdırmasın...
- Hər şey ola bilər. Ötən “futbol ili”ndə vəziyyət elə idi ki, matçdan öncə proqnoz verirdin və əksər hallarda düz çıxırdı. Axı indi fəqlidi... Lider – autsayder qarşılaşmasında belə yanılmayasan deyə, nəticə haqda danışmağa qorxursan. Kim deyərdi ki, “Səbail” bu gün 3-cü sırada olacaq?! Bizi gərgin 2-ci dövrə gözləyir. Hər kəs “dənizçilər”in gücləndiyini, iddiasını ortaya qoyduğunu görür. Bu üzdən qarşıdakı matçlara daha ciddi hazırlaşacaqlar. Bütün ehtimallara hazırlıqlı olmalıyıq.
- Bir az da millimizdən danışaq. Komanda Canni de Byazinin rəhbərliyi altında ümid vermir. İrad və tənqidlər artmaqdadı. Övladınız Coşqun Diniyev də start heyətində yerini tutub. Yığmadan nə gözləyək?
- Məncə, inkişaf var. Oyun tərzi getdikcə zövq verməyə başlayır. Əvvəl 5 müdafiəçiylə qorunmaqdan başqa əlimizdən heç nə gəlmirdi. Bəzi hallarda bu da işə yaramırdı. İndi hücum xəttində güclənmə hiss olunur. Amma deməzdim ki, ideal vəziyyətdəyik. Hələ görüləsi çox iş var. Futbolçuların legioner həyatı yaşaması da fayda verir. İrəliyə daha sürətli getmək lazımdı. Coşquna gəlincə, ata kimi yox, mütəxəssis kimi fikir bildərəcəm. Öz üzərində çox işlədiyini bilirəm. Meydanda sərbəstdi. Türkiyədə çıxış etməsi ona çox şey qatıb. Belə davam etməlidi.
- Çoxu deyir ki, yığmanı yerli mütəxəssis çalışdırmalıdı. Ən təcrübəlilər siayhısında Əsgər Abdullayevlə yanaşı, sizin də adınız çəkilir. Bu haqda nə düşünürsüz?
- Səmimi deyəcəm, mən “Səbail”də xoşbəxtəm. Burda hər şey yaxşıdı və hədəflərimiz var. Uğura çatmaq üçün çalışırıq. Baş məşqçi dəyişikliyinə gəlincə, əsas məsələnin bu olduğunu düşünmürəm. Müstəqillik dövrünə nəzər salsaq, görərik ki, hər çətin dönəmdə baş məqşçi dəyişib. Amma yenə də xüsusi inkişaf nəzərə çarpmır. 30 ildi eyni tendensiya davam edir. Bəlkə sürücünü yox, avtomobili dəyişək? Reallıq budu ki, böyük çatışmazlıqlara köklənmədikcə fövqəladə nəsə gözləmək absurddu.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Dünya futbolu

12-05-2022, 15:0

Nuri Şahin Avropada ikincidi

Manşet / Müsahibə

24-06-2023, 23:0

Rahid Əmirquliyevin dünəni, bu günü və sabahı - MÜSAHİBƏ

Manşet / Müsahibə

1-09-2023, 11:0

Şahin Diniyev: “Sözün düzü, indi buna çox peşmanam, kaş ki...” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

20-07-2023, 19:0

Şahin Diniyevi Türkiyədə təəccübləndirən nədi? - AÇIQLAMA

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə