• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rahid Əmirquliyevin dünəni, bu günü və sabahı - MÜSAHİBƏ

Manşet / Müsahibə

24-06-2023, 23:0

Millimizin və "Səbail"in sabiq üzvü Rahid Əmirquliyev karyerasını bitirdi. 35 yaşında futbolçu həyatına son qoyan yarımmüdafiəçinin "Səbail"də başqa ampluada çalışacağı gözlənilir. Klub bununla əlaqədar onun özü ilə danışıqlar apardığı haqda məlumat yayıb.

"Xəzər Lənkəran" və "Qarabağ"da da forma geyinmiş Rahid Əmirquliyevlə əlaqə saxlayıb qeyd olunan mövzular ətrafında söhbət etdik. Fubol veteranı həm geridə qalan illər, həm də bundan sonrakı planlar haqda fikirlərini "Football-plus.az"la bölüşdü.

- 20 il idi ki, bu işlə məşğul olurdun. Futbol sənə sonda nə qazandırdı?
- Hər şey. Həqiqətən, ömürboyu sadəcə futbol oynamışam. İndi nəyim varsa, hamısını onun sayəsində əldə etmişəm.

- Karyeranı bitirməyinin səbəbi nədi? Yaşın irəliləməsi çətinlik yaradırdı, yoxsa "Səbail"də başqa sahədə çalışmaq daha uyğun təklif oldu?
- Yaşla əlaqəli deyil. "Futbol+"ə açıqlamamda demişdim ki, daha bir il futbol oynamaq istəyirəm. Davam etsəm, daha yaxşı olardı. Ötən mövsümün ikinci yarısında cəmi 1 dəfə meydana çıxa bildim. Ehtiyat oyunçular sırasında zaman keçirmək mənə uyğun deyil. Digər tərəfdən, futbolçuların əksəriyyətinin karyerası bu yaşlarda sona yaxınlaşır. Uzun zaman düşündükdən sonra qərar verdim ki, artıq bitirməyin vaxtı çatıb.

- Ötən mövsüm demişkən, "Səbail" ağır sınaqlarla üz-üzə qaldı. Az qala premyer-liqanı tərk edəcəkdiz. "Futbol ili"ni autsayderlər siyahısında sona çatdırdız. İnfrastruktur, baza, maliyyə və digər önəmli məsələlərdə, demək olar ki, çatışmazlığı olmayan klubun sonuncu sıralarda olmasını nə ilə əlaqələndirirsən?
- Bəli, bizim üçün çox çətin oldu. Psixoloji sıxıntılarla dolu aylar yaşadıq. Matçlara köklənə bilmirdik. Oyun tərzimiz sabit deyildi. 1 oyun yaxşı alınırdısa, qalan 2-3-də bacarmırdıq. Təəssüflər olsun ki, bərbad oynayırdıq. Səbəblər çoxdu. Əsas onu deyə bilərəm ki, legionerlər gözləntiləri doğrultmadı. Premyer-liqada vəziyyət elədi ki, 4-5 bacarıqlı əcnəbi futbolçusu olan klublar daha uğurlu çıxış edir. Legionerlərimiz komandaya uyğunlaşa bilmədi.

- Ölkəmizin əsas millisi də çətin durumdadı. Son nəticələrə görə 1 xalla sonuncu yerdəyik. Bu haqda nə düşünürsən? Niyə inkişaf edə bilmirik?
- Düz vurğuladız. Bu, bizim üçün üzücüdü. AÇ-2024-ün seçmə mərhələdində iki ağır məğlubiyyətdən sonra (Avstriya 1:4, İsveç 0:5 - red.) Estoniya ilə qarşılaşmada bütün azarkeşlər qələbə gözləyirdi. Bəlkə mənimlə razılaşmayanlar olacaq. Lakin düşünürəm ki, problem baş məşqçidədi. De Byazinin müqavilə müddəti uzadılanda demişdim ki, "bir il də belə itirdik". Bizdə potensiallı futbolçular var. Ən azı Estoniyaya qalib gəlmək şansımız çox idi. Təəssüf ki, baş məşqçi oyunçuları düzgün istiqamətləndirə bilmir.

- "Səbail"dən hansı işdə çalışmaq üçün təklif almısan? Detallar sənə açıqlanıbsa, cavabın maraqlıdı. Təklifi qəbul etməsən, başqa planın var?
- Hələ ki rayondayam. İstirahət edirəm. Bakıya qayıtdıqdan sonra klub rəhbərliyi ilə görüşəcəm. Bütün mövzular orda müzakirə olunacaq. 5 il "Səbail"də olmuşam. Düşünürəm ki, hansısa problem yaşanmayacaq. Klub rəhbərliyi mən daxil olmaqla bütün futbolçularla yaxşı münasibət qurub. Oyun nəticələrimiz pis olanda belə bu dəyişməyib. Bu üzdən müsbət cavab verməyə çalışacam. Alınmasa, başqa planım yoxdu. Təklifə kökləndiyim üçün başqa ehtimallar haqda fikirləşməmişəm.

- "Dənizçilər"in qarşıdakı mövsüm üçün planları necədi? Demək olar ki, hər gün yeniliklər baş verir. Səncə, islahatlar bəhrə verəcək?
- Ötən "futbol ili"ndə də bir çox dəyişikliklər oldu. Hədəfimiz daha yüksək idi. Çox güman ki, indi də elədi. İnanıram ki, bundan sonra daha yaxşı olar. Şahin Diniyev yeni komanda formalaşdırır. Yenə deyirəm, çox şey legionerlərdən asılıdı. İlk matçlar heyətin möhkəmlənməsi baxımından çətin keçəcək. Bu proses tez tamamlansa, ilk "beşlik" uğrunda mübarizə aparmaq olar.

- Son olaraq, "Səbail" futbolçu kimi yaddaşında necə qaldı? Klubda ab-hava necə idi? Ən yaddaqalan hadisə hansı oldu?
- "Dənizçilər"də hər şey həmişə qaydasında olub. Hamı çalışıb ki, məğlub olduğumuz oyunlardan sonra belə ab-hava korlanmasın. Ən xoş anları isə "Səbail" 2018/19 mövsümündə ölkə çempionatında 3-cü yerə çıxanda yaşadıq. İlk dəfə avrokubok oyunlarında iştirak etdik. Kluba bundan sonra da uğurlar arzulayıram. İnşallah, qısa zamanda "Səbail"i avrokubok oyunlarında görəcəyik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-06-2022, 17:0

“Neftçi” “Xəzər Lənkəran”ın əfsanəvi futbolçusunu baş məşqçi olaraq gətirir - ÖZƏL

Ölkə futbolu

7-06-2022, 22:0

Rahid Əmirquliyev karyerası ilə bağlı suala nöqtə qoydu - AÇIQLAMA

Ölkə futbolu

24-06-2023, 13:0

"Rahid Əmirquliyevlə oynamaqdan həzz alırdım"

Premyer-liqa

5-12-2022, 11:0

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

Premyer-liqa

26-12-2022, 10:0

Rahid Əmirquliyevdən tarixi nəticə

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 163
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə