Sentyabrda hamını arxada qoydu

18.10.2023 17:10 187
Dünya futbolu
İtaliya çempionatının yüksək liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Rafael Leao olub.

“Milan”ın vingeri ötən ay A seriyasında meydana çıxdığı 5 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçu 41 faiz səslə ayın ən yaxşısı seçilib. Yeri gəlmişkən, Rafael bu mövsüm İtaliya çempionatında 8 oyuna 3 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.