“O qədər qaçmışam ki, ürəyim hələ də ağrıyır” – avstriyalılar qələbənin dadını çıxarır

17.10.2023 17:53
Aktual
Dünən millimiz AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya məğlub oldu – 0:1. Avstriya mətbuatı bu oyunun detallarının işıqlandırılmasına xüsusi önəm verib.

“Football-plus.az” olaraq sizi kleinezeitung.at portalının görüş barədə yazdıqlarıyla tanış edirik:

“Avstriya Azərbaycanın ən böyük stadionlardan birində - “Tofiq Bəhramov”da vacib oyuna çıxdı. Komanda seyrək azarkeşlər önündə yaxşı çıxış etdi. Qəbələylə bitən matçdan dərhal sonra “bayram saatı”na start verildi. Oyunçular içki içərək, qışqıraraq zəfəri qeyd etdilər. “Qızıl qol”un müəllifi Marsel Zabitser ön planda idi. O, qələbəni belə şərh etdi:

“Azarkeşlərin dəstəyini itirməmək, stadionlarımızı dolu saxlaya bilmək üçün meydana çıxdıq. Qələbədən başqa yolumuz yox idi. O qədər qaçmışam ki, ürəyim hələ də ağrıyır. Şübhə etmirəm ki, bu həm də çox sevinməyim və həyəcanlanmağım üzündən baş verir. Təbriklər, Avstriya!”.


Konrad Laymerin fikirləri isə belədi:

“Daha yaxşısını edə bilərdik. Bunun üçün çalışdıq, amma olmadı. Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Meydana qələbə ehtirasıyla çıxmışdıq. 90 dəqiqə qaçdım, amma hələ də enerjiliyəm. Bu mənə səhərə qədər qələbənin dadını çıxarmağa bəs edəcək. Sabahdan növbəti rəqibləri məğlub etməyin yollarını axtarmağa başlamalıyıq. Bütün komandaları məğlub edib indiki kimi əylənmək istəyirik”.


KƏNAN BAHADIR