Avstriya millimizi burda qəbul edəcək

24.11.2022 10:48 436
Yığma
Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə qarşılaşacağı oyunun keçirilmə yeri bəlli olub.

Football-plus.az xəbər verir ki, matç Lins şəhərində baş tutacaq. bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.

O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.