Millimiz “Qızıl əlcək” beynəlxalq turnirinə yollandı

17.10.2023 11:13 172
İdman
Boks millimiz Serbiyanın Çaçak şəhərində keçiriləcək “Qızıl əlcək” beynəlxalq turnirinə yollanıb.

“Football-plus.az” xəbər verir ki, sabah başlayacaq yarış 4 gün davam edəcək.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək” turnirində Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Domingesə (86 kq) şans verəcək. Bu gün yarışın püşkü atılacaq.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.