Sabiq kapitanın “Araz-Naxçıvan”da məşqçi kimi davam etmək ehtimalı var idi.
Maraqlıdı, 2003-cü ildən bu komandanın uğurları üçün çalışan Fərzəliyev komandada qalacaq? Bu sualla “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
“Məndən olsa, onu komandada saxlayaram. Sadəcə, müəyyən problemlər yaranır. Müqavilədə olan şərtlər üst-üstə düşmür. Şərtlər onu tam qane etməyə bilər. Həm də biz istəyirik ki, o millidə, gənc futzalçıların əhatəsində olsun. İstəyirik ki, daha da peşəkarlaşsın, gələcəkdə bizdə baş məşqçi olsun. Amma hazırda “Araz-Naxçıvan”da qalması bir az çətin görünür”.
ŞAİR ABDULLA





