Şahmatçımız dünya çempionatında birinci oldu

13.10.2023 11:55 191
İdman
Şahmatçımız Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

"Football-plus.az" xəbər verir ki, o, rapid növündə 11 turda 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məhəmməd Muradlı 6,5 xalla 13-cü olub.

Dünya çempionatı blits üzrə yarışla davam edəcək.