"Qarşıdakı oyunlarda da uğurlu nəticələr qazanacağıq"

14.10.2023 22:37 214
Yığma / Manşet
Dünən yığmamız DÇ-2024-ün seçmə mərhələsində səfərdə Estoniya seçməsinin məğlub etdi - 2:0.

Yığmamızın sabiq üzvü Füzuli Məmmədov dünənki oyunla bağlı "football-plus.az" saytına bunları dedi: 

"Bakıdakı oyunda da onlardan üstün olduğumuzu göstərsək də, bəxtsizlikdən qələbə qazana bilməmişdik. Dünənki görüşdə millimiz yaxşı oyunla diqqət çəkərək layiqli qələbə qazandı. Hesab 2:0 yox, 3:0 da ola bilərdi.

Çempionatda ilk dövrə arxada qalıb. Premyer-liqada rəqabətin artması futbolçuların performansına da təsir edir. Yığmamız hazırda inkişafdadı. Düşünürəm ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr qazanacağıq". 


ABDULLA İSMAYILOĞLU