"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AÇ-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Kosovo matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 17-də Sofiyada reallaşacaq görüş Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-18-ci illərdə "Neftçi"nin prezidenti olub.