• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Premyer-liqa klublarından heç vaxt təklif almamışam" - MÜSAHİBƏ

Manşet / Müsahibə

13-10-2023, 18:0

Misli premyer liqasında 1-ci dövrəyə yekun vuruldu.

Geridə qalan 9 tur, demək olar ki, əksər proqnozları boşa çıxardı. Mövsümün sürprizləri isə "Səbail"lə "Araz-Naxçıvan"dı. Adı çəkilən komandalar turnir cədvəlinin, uyğun olaraq, 2-ci və 4-cü pillələrində qərarlaşıb. Əlbəttə, "Zirə"nin liderliyini də qeyd etmək lazımdı. Lakin Şahin Diniyevlə Rəşad Sadıqovun zəngin təcrübəsi və daha böyük büdcəyə malik klubların baş məşqçiləri olması üzündən "Araz-Naxçıvan"ın uğuru xüsusilə diqqət mərkəzindədi. Çünki Muxtar Respublika təmsilçisi çalışdırıcısı Azər Bağırovla birlikdə premyer-liqanın debütantıdı. "Qırmızı-ağlar" mövsümün 1-ci dövrəsində tarix yazdı desək, yanılmarıq. Komanda özündən qat-qat böyük büdcəsi və bahalı legionerləri olan rəqiblərə qarşı layiqincə mübarizə aparır. Görəsən, bunun sirri nədədi? "Araz-Naxçıvan" necə gələcək vəd edir? Azər Bağırovla söhbətdə bu və başqa suallara aydınlıq gətirməyə çalışdıq.

- 2023/24 mövsümünün 1-ci dövrəsi başa çatdı. Komanda ilk "4-lük"dədi. Belə nəticə gözlənilən idi? Yoxsa futbol ictimaiyyətinin əksər nümayəndələri kimi, sizin üçün də sürpriz oldu?
- "Araz-Naxçıvan"ın hədəfləri böyükdü. Premyer-liqaya vəsiqə qazanandan bəri niyyətimiz yüksək pillələrdə qərarlaşmaq olub. Həmişə meydana qələbə üçün çıxırıq. Bu, rəqibin kimliyindən asılı olmayaraq, həmişə belə olacaq. Sözün düzü, 1-ci dövrəni 4-cü yerdə bitirəcəyimizi gözləmirdik. Bəzi matçlarda xal itkisi olacağından qorxurdum. Lakin şükür Allaha, çətin rəqiblərlə sınaqdan üzüağ çıxıb xallar qazandıq. Bu yer məni qane etməyə bilməz. Futbolçularıma təşəkkür edirəm.

- Komandanın komplektləşdirilməsi yubandığından və hazırlıq üçün vaxtın azlığı üzündən çoxu sizi ciddiyə almırdı. Hər kəsi yaxşı mənada yanıltdız. Uğurunuzun sirri nədədi? İddialılardan "Qarabağ"ın iki cəbhədə mübarizə aparması, "Neftçi"dəki baş məşqçi dəyişikliyi, yenidənqurma prosesi və "Sabah"dakı böhran? Yoxsa uğurlu futbolçu seçimi? Və ya təvazökarlıqdan uzaq olsa da, bunu baş məşqçi kimi sizin adınıza yazmaq olar?
- Yay fasiləsində yaşadıqlarımızı unutmuşuq. Hər şey geridə qalıb. Çatışmazlıqlar aradan qaldırılıb. Məncə, hər şeyi futbolçulara borcluyuq. Hər biri var gücü ilə çalışır və hesabdan asılı olmayaraq, sona qədər mübarizə aparır. Özümə gəlincə, bacardığımı edirəm. Şükür Allaha, mehriban kollektivimiz var. Hər kəs işinin öhdəsindən gəlmək istəyir.

- PRO kateqoriyalı məşqçi olsaz da, premyer-liqada baş məşqçi kimi məhz bu il debüt etdiniz. Ötən illər üçün üzülürsüz?
- Uzun illər aşağı liqalarda və uşaq millilərində çalışmışam. Sağolsunlar, həmişə haqqımda yaxşı sözlər deyilib. Yığdığım komandalar çox vaxt uğurlu nəticə əldə edib. İndi çalışdırdığım futbolçular arasında premyer-liqada, hətta əsas millimizdə çıxış edənlər var. Premyer-liqa klublarından isə heç vaxt təklif almamışam. Yəqin ki, mənə güvənməyiblər. Buna rəğmən, ayaq üstə dayanmağı bacarmışam. Şükür Allaha, bu gün yaxşı yerdəyəm.

- Legionerlər ilk matçlarda daha yaxşı təsir bağışlayırdı. Çoxu qış fasiləsində "Qarabağ", "Neftçi" və "Sabah" kimi klubların xüsusilə Miço Kuzmanoviçi "oğurlayacağını" düşünürdü. Lakin Miço başda olmaqla bəzi əcnəbi futbolçularda geriləmə hiss olunur. Bunun səbəbi nədi?
- Onlar indi də eyni səviyyədə çıxış edir. Hətta deyərdim ki, daha yaxşıdılar. Mövsümün əvvəlində rəqiblər bizə autsayder kimi baxırdı. Yalnız yaxşı oyun göstərib xallar qazanandan sonra başqa cür yanaşdılar. Nəticədə komandanın üzərində müəyyən təzyiq hiss olundu. Yaxşı ki, legionerlər bunun öhdəsindən gəlməyin yollarını tez tapdı. Növbəti matçlarda daha yaxşı olacaq. Ümumiyyətlə, futbolçular yaxşı çıxış etməsəydi, bu gün 4-cü yerdə olmazdıq. Bu heç bir halda mənim üçün aşağı performans sayıla bilməz.

- Rəhbərlik komandanın qarşısına hansı hədəfləri qoyub? Avrokuboklara vəsiqə qazanmaq iddiası davam edir?
- Öncəliyimiz yaxşı komanda formalaşdırıb xallar qazanmaqdı. Azarkeşlər üçün baxımlı oyun sərgiləmək istəyirik.

- Millinin oyunlarıyla bağlı fasiləni necə dəyərləndirəcəksiz? "Turan Tovuz"la keçiriləcək yoxlama oyunundan xəbərimiz var. İkinci dövrənin daha çətin olacağını nəzərə alsaq, ən azı yerinizi qorumaq üçün ciddi hazırlıq görməlisiz.
- İstəyimiz hər matça xüsusi diqqətlə yanaşıb sərfəli nəticə qazanmaqdı. İşləri növbə ilə görməliyik. İndiki plan 10-cu turun "Qələbə" ilə oyununda qələbə qazanmaqdı. Məşqlərə başlamışıq. Düzdü, millilərə yollanan futbolçular var. Amma onlar da tezliklə bizə qoşulacaq.

- Geridə qalan 9 premyer-liqa matçında hakimlərin işi ilə tanış olduz. Bəzi hallarda sizi qəzəbli görürdük. Birbaşa nəticəyə təsir edən səhvlər müşahidə etdiz? Ümumiyyətlə, ədalətin qorunması sizi qane edir?
- Çalışıram ki, hakimlər haqda həmişə yaxşı ifadələr işlədim. Çünki əksəriyyəti gəncdi və daha peşəkar olmağa çalışırlar. Təbii ki, bəzi hallarda yalnış qərarlarla üzləşmişik. Nəticəyə təsir edib-etmədiyini iddia edə bilmərəm. Bu futboldu. Hər saniyə nəsə baş verə bilər. Amma hər şey geridə qalıb, irəli baxmalıyıq. Ümid edirəm ki, zaman keçdikcə səhvlərin sayı azalacaq. Məqsədimiz futbolun inkişafına töhfə verməkdisə, səbirli olmalıyıq.

- Hazırda ev oyunlarını “Dalğa Arena”da keçirirsiz. Naxçıvana nə vaxt qayıdacağınız haqda məlumat var? Və qayıdandan sonra xüsusilə legionerlərin performansında dəyişiklik olacağını düşünürsüz?
- Təəssüf ki, bu haqda heçnə bilmirəm. Arzu edirəm ki, tezliklə evimizə dönək. Bir müddət “Dalğa Arena”da davam edəcəyik. Oyunçuların performansı Naxçıvanda ancaq arta bilər. Çünki doğma meydanda mübarizə aparacağıq. Azarkeş dəstəyinin də artacağını nəzərə alsaq, ümidliyəm. Hər halda, istər Bakıda, istərsə də evdə əlimizdən gələni edirik ki, gələcəyimiz parlaq olsun.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

12-08-2023, 16:0

"Araz-Naxçıvan"da "Qəbələ" üçün səfərbərlik

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

1-ci liqa

17-06-2022, 23:0

Daha 3 il "Araz-Naxçıvan"da

Ölkə futbolu

17-07-2023, 15:0

"Araz-Naxçıvan" baş məşqçisi ilə müqaviləni uzatdı

Premyer-liqa / Manşet

12-08-2023, 13:0

“Səbail”dən “Araz-Naxçıvan”a yollandı

Aktual / Ölkə futbolu

1-07-2023, 20:0

"Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirdi

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 157
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə