“Düşünürəm ki, Samir müəllimin futbol fəlsəfəsini mənimsəyə bilsələr...” – Əfran İsmayılov nikbindi

12.10.2023 17:24 223
Aktual / Yığma
Bu gün Azərbaycanın U-21 yığması AÇ-2025-in seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyanı qəbul edəcək.

Turnirə məğlubiyyətlə başlayan Samir Əliyevin komandasından nə gözləmək olar? “Football-plus.az” saytı bu sualla veteran futbolçu Əfran İsmayılova müraciət etdi:

"U-21 yığmamızı yaxından izləyirəm. Fikirimcə, orda potensiallı, istedadlı uşaqlar var. Düşünürəm ki, Samir müəllimin futbol fəlsəfəsini mənimsəyə bilsələr, uğurlar qazana bilərlər. Amma bu gün onları ağır oyun gözləyir. Bizim komandadan ("Araz-Naxçıvan"dan – red.) Abdulla Rzayevlə Mirəli Əhmədov da U-21-in heyətindədi. Oyuna maraqla baxanlardan olacam. Nikbinəm, inanıram ki, meydanda yaxşı oyun sərgiləyib, layiqli qələbə qazanacağıq".

ABDULLA İSMAYILOĞLU