Belə ki, "Misli premyer-liqasının 9-cu turunda "Qəbələ" - "Səbail" qarşılaşmasından geri dönən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov və "Səbail"in qapıçısı Səlahət Ağayev qəzaya düşənlərə yardım ediblər. Hətta "qırmızı-qaralar"ın kapitanı vəziyyəti ağır olan yaralıya su verərək köməklik edib.
Hadisə yerində fəallıqla seçilənlərdən biri də "Qəbələ"nin kapitanı İlkin Qırtımov idi. 32 yaşlı müdafiəçi bu faciə ilə bağlı "Football-plus.az"a danışdı:
"Çox ağır vəziyyət idi. Allah rəhmət eləsin. Mən Səlahətin qardaşı ilə gəlirdim. Bu hadisə də bizim qabağımızda oldu. Mən çatanda biri dünyasını dəyişmişdi. Digər yaralı şokda olduğu üçün su verdim. Ölən və yaralanların qohumları gəldi. Biz ordan ayrıldıq".
CAVİD ƏLİYEV





