• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu qədər uğurlu nəticə olacağını gözləmirdim" - Şahin Diniyev

Premyer-liqa / Manşet

7-10-2023, 19:0

Misli premyer liqasının 9-cu turunda "Səbail" səfərdə "Qəbələ"yə 1:0 hesablı ilə qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "dənizçilər"in baş məşqçisi Şahin Diniyev media nümayəndələrinin önünə çıxıb. Əvvəlcə sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Uzaq yoldan gəlib oyunu işıqlandırdığınız üçün hamınıza təşəkkür edirəm. Bilirdik ki, Qəbələ səfəri çətin olacaq. Futbolçularımda nəfəs almaqda problem var idi. Lakin ağıllı oynadıq və qalib gəldik. Artıq birinci dövrə başa çatır. Mən belə nəticə gözləmirdim. "Qəbələ" də çox artıb. Əvəzləmələ və əsas meydanda olanlar yaxşı çıxış elədilər. Anlayırdıq ki, "Qəbələ" hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. İki-üç qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq idi. "Qəbələ"yə uğurlar diləyirəm".

- Qalib gəlsəniz də, rəqibə çox qol epizodu verdiniz. Bu sizin üçün siqnal ola bilərmi?
- Bəli, doğru vurğuladız. Boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindi. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirdi. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdü. "Qəbələ"nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdü. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.

- Avrokubok hədəfləriniz artırmı?
- Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Sabit komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadı da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə alışdırmaq lazımdı. Açıq deyirəm, bu gün rotasiya üçün əlində böyük materiallar olmalıdı. Biri olmayanda, digəri meydana çıxa bilməlidi. Məsələn, Pedro Nuno yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olsa, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, "bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı"(gülür).

- İlk yarıda ən zəif oyunlarınızdan birini oynadız. Gözlənilirdi ki, əvəzetməyə gedərsiz, getmədiz. Səbəbi nə idi?
- Soruşdum ki, niyə belə oynayırıq, niyə topu saxlaya bilmirik? Hamısında qaça bilməmək problemi var idi. Təsəvvür edin, start heyətində meydana çıxanlarda ikinci nəfəs açılmaq üzrə idi. Ona görə, eyni oyunçuıları saxladım. Prosesi görərək, özümüz "Qəbələ"ni ortada qarşılamağa qərar verdik. Belə oyunda yaxşı pleymekerin olması vacib idi. Psixoloji oyun idi.

- Nəticəni əldə etmək çətindisə, onu saxlamaq da bir o qədər çətindi. Bu, sizi qorxudur?
- Bəli, qorxudur. 1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandı. Hansısa gizlin yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindi. İkinci hissədə hətta "Qəbələ" də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdı. Çox çalışmalıyıq. Üçüncü turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı "Konyaspor", "Sivasspor"la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. "Qarabağ"la matçda geridönüş etmək çox çətindi. Oyunumuz var. Ən pisi təsadüf qələbələrdi. Xallarımızın heç biri təsadüfi olmayıb. "Zirə"yə, "Sumqayıt"a da uduzmaya bilərdik. Amma bir şey var ki, "Qarabağ"ı da udmaya bilərdik. Futbol buna görə gözəldi ki, proqnozları sevmir.

- Rüfət Abdullazadənin vurduğu qol "Səbail"dəki gələcək çıxışına necə təsir edəcək?
- Rüfət çox tərbiyəli, yerini bilən futbolçudu. Oyunçu kimi də potensialı böyükdü. Onu da açmağa çalışıram. Gözləyirəm, hardasa "partlamalıdı". Heyəti məşqlərə görə qururam. Rüfətin geri dönüşdə problemi var. Amma futbol indi onu tələb edir ki, irəli gedirsənsə, o sürətlə də geri qayıdasan. Həmin partlayışı tezləşdirməlidi. Məşqlərdə ondan razıyam. Yaxşı futbolçu olacaq.

- "Sumqayıt"dan intizamsızlığa görə kənarlaşdırıldığı deyilirdi...
- İnanmıram. Rüfətin necə biri olduğunu anlatdım.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2023, 18:0

"Belə oyunla uduzmamalıydıq" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

29-11-2022, 19:0

Elmar Baxşıyev: "Uduzmaq ehtimalımız az deyildi"

Premyer-liqa / Manşet

19-08-2023, 23:0

"Heç-heçə layiqli nəticə idi" - Şahin Diniyev

Premyer-liqa / Manşet

2-09-2023, 23:0

"Ədalətli nəticə heç-heçə olardı"

Premyer-liqa

23-10-2022, 19:0

"Heç-heçə ədalətli nəticə deyildi" - Vüqar Əsgərli

Premyer-liqa / Manşet

16-09-2023, 21:0

"Neftçi" ilə oynayırdıq deyə, xüsusi hazırlığımız yox idi" - Azər Bağırov

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə