• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hələ ki uşaqlara ayırmağa vaxtım yoxdu”

İdman / Müsahibə

7-10-2023, 00:0

Lüis Hemilton bu il dünya çempionu titulunu qazana bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, ancaq son vaxtlar işləri yaxşı getməyən Serxio Peresin təqibini davam etdirsə, vitse-çempion olmaq şansı var. Çox güman, bu nəticə onu razı salmır. Ancaq “Mersedes”lə müqavilə müddətini 2025-ci ilə qədər uzatdığını nəzərə alsaq, 8-ci titulu qazanmaq üçün ən azı iki dəfə də cəhd edəcək. Britaniyalı pilot İsveçrənin “Blick” tabloidinə verdiyi müsahibədə “Formula-1”də hələ bütün hədəflərinə çatmadığını bildirib.

- Vaxtilə verdiyiniz müsahibələrin birində demişdiz ki, “Formula-1”də 40 yaşa qədər çıxış etmək niyyətiniz yoxdu, amma indi müqavilə müddətini daha iki il uzatdız...
- Etiraf etməliyəm ki, onda bu idman növünə sevgimi düzgün qiymətləndirməmişəm. Ancaq “Formula-1”də sevgidən nifrətə qədər olna yol bir addımdı, elə günlər olur ki, sükan arxasına əyləşmək istəmirəm.
- Sonra yenə yarış ehtirası üstün gəlir?
- Bəli. Bundan başqa, komanda yoldaşım Corc Rassell ilə duellər də əlavə motivasiya verir. Onunla rəqabətdə həmişə ayaqda olmaq lazımdı.
- “Formula-1”də 2007-də debüt edən Lüis Hemiltonla 2023-dəki Lüis Hemilton arasında hansı fərqlər var?
- Hər şeydən əvvəl bu adamları bir-birindən 16 hədsiz çətin il ayırır. “Formula-1”də debüt edəndə 22 yaşım var idi. Demək olar ki, bu, uşaq yaşı idi, təcrübəm yox idi, ancaq sürətim var idi. Onda özümü rahat hiss etdiyimi deyə bilmərəm, axı hələ yenicə özümü dərk etməyə, kim olmaq istədiyimi anlamağa başlayırdım.
- Bəs indi?
- İndi həmin vaxtla müqayisədə daha artıq dərəcədə xoşbəxtəm, ona görə ki, kim olduğumu bilirəm. Yarış trassından kənarda qarşımda hansı hədəflərin dayandığını bilirəm və demək olar ki, əksər şeyləri düz edirəm. Məşğul olduğum iş xoşuma gəlir. Bir də hamıya məsləhətim var: heç vaxt “heç vaxt” demə.
- Yaxınlarda demişdiz ki, qış testlərində yeni “Mersedes”in sükanı arxasına keçəcəyiniz günləri sayırsız. Hələ də “şıltaq” W14 maşının sürməli olursuzsa, bəs onda mövsümün qalan yarışları üçün mübarizəyə sizi nə motivasiyalandırır?
- Hər yarışda bütün gücümü qoymağa çalışıram və komandamıza inanıram. Ancaq razılaşmağa hazıram: maşının balansının daha yaxşı olmasının lazım gəldiyini hiss edirsizsə, risk etmək arzusu azalır. Ümid edirəm ki, bu il topladığımız nəhəng məlumat bazası yeni maşının hazırlanması prosesində bizə kömək edəcək. “Mersedes” komandasında çalışan hər kəs buna inanır, axı həmişə uğura inamı qorumalıyıq. Biz heç vaxt təslim olmuruq.
- Artıq 38 yarışdı fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmirsiz. Hesabında 103 qələbə olan adam üçün yetərincə uzun müddətdi.
- Biz hələ əvvəlki səviyyəmizə qayıdacağıq, bu, gücümüz daxilindədi. Podiumda mənə yalnız bir pillə yuxarı qalxmaq qalır və bu, yəqin ki, karyeramda çox vacib uğur olacaq.
- Maks Ferstappen – çoxdankı rəqibiniz haqda nə deyərdiz?
- Siz məndən nə eşitmək istəyirsiz? Ona yalnız indi gördüyü işi davam etdirməyi məsləhət görə bilərəm. “Rea Bull” maşınını sürməklə bütün vəzifələrin öhdəsindən müstəsna dərəcədə uğurla gəlir.
- Çempionatda mübarizə aparan pilotlar haqda danışsaq, yalnız üçü başqaları ilə müqayisədə daha yüksək səviyyədə çıxış edir: Ferstappen, Fernando Alonso və siz...
- Mən belə deməzdim. “Formula-1”dəki bütün pilotlar öz-özlüyündə pis deyil, ancaq hər birinin də öz tələbləri, çətinlikləri və ümidləri var. Yeri gəlmişkən, mən indiki gənc pilotlarla yeniyetmə Lüis arasında çoxlu oxşarlıqlar görürəm. Bu ki möhtəşəmdi! Fernando, Maks və mən, demək olar ki, həmişə rəqabətədavamlı oluruq və hədəflərimizə çatmaq üçün axıra qədər getməyə hazırıq. Ancaq gənclər haqda bir şəxsiyyət kimi danışmaq mənim üçün çətindi, adi həyatda onlarla heç bir ünsiyyətim olmayıb.
- Siz artıq çoxdan gənc istedadlara yardım edirsiz. Axı bir çoxları məhz maliyyə dəstəyi görmədiyinə görə uğura nail ola bilmir.
- Bu düzdü. Gəlin düşünək, ümumiyyətlə, bu dünyada nə üçün yaşayırıq? Axı bizim kim olmağımız o qədər də vacib deyil. Həyat sona çatanda onsuz da özümüzlə heç nə apara bilmirik. Ancaq özümüzdən sonra nələrisə qoymağa qadirik. Düşünürəm ki, başqalarına böyük canıyananlıqla yanaşmalı, onların halına yanmalıyıq, kömək etməliyik. Hələ yeniyetmə olarkən, “Formula-1”ə gəlməmiş belə yardım gördüyümə görə Tanrıya minnətdaram. Ancaq əksər hallarda gənclər ciddi çətinliklərlə üzləşir. Bu üzdən onların həyat yollarını təmizləyən adamlar olmalıdı. Hər şeydən əvvəl buna çətin şəraitdə yaşayan uşaqlar ehtiyac duyur. Onların imkanları zəngin ailələrdə doğulanlardan az olmamalıdı. Mən bu problemlə məşğulam və ümid edirəm ki, bəzi şeyləri dəyişə bilirəm.
- Bu nəcib missiyadı, sizə şərəf gətirir, çoxları sizi özünə nümunə sayır. Eyni zamanda, sizin ekstravaqant şəkildə geyinməyinizə həsəd aparanlar da var. Bütün bu paltarlar hardandı?
- Dünyanın müxtəlif ölkələrindən, hər şeydən əvvəl Yaponiyanın “Kenzo” firmasından, həmçinin gənc modelyerlərdən... Yeri gəlmişkən, hər birinə maliyyə dəstəyi verirəm. Məsələn, Koreyadan olan gənc dizaynerlərin yaradıcılığı məni heyran edir. Bu şəkildə özünüifadəni bəyənirəm.
- Yeni müqavilənizin detallarıyla bağlı uzun müddət Toto Volff ilə mübahisə etdiz...
- Bütün nüansların müzakirəsini bir neçə saat həsr etməyimiz heç də ilk dəfə deyil. Ancaq bir şərt həmişə dəyişməz qalır: yarış həftəsonlarında, cümə axşamından bazar gününə qədər mən yalnız “Formula-1”ə məxsusam.
- Bəs başqa şərtlər haqda nə demək olar?
- Müqavilənin bütün detallarında marketinq tədbirlərində iştirakım tənzimlənib. Ümumiyyətlə, Toto kimi möhtəşəm boss ilə çalışmaqda bəxtim gətirib. Hər kəs ona hörmət edir və heyranlıq duyur. Onunla danışıq aparmaq asan və xoşdu.
- Hələ də müqavilələrinizi şəxsən özünüz ən xırda detallara qədər öyrənirsiz? Əvvəllər belə sənədlər 80 səhifədən ibarət olurdu...
- Əlbəttə, orda nə yazıldığını dəqiq bilmək istəyirəm. Hazırda müqavilənin həcmi 200 səhifədən artıqdi, bütöv bir kitabdı. Onu oxumağa bir neçə gün gedir.
- Hər şeydən belə görünür ki, “Formula-1” karyeranızın sonuna qədər “Mersedes” maşınlarını sürmək niyyətindəsiz – heç vaxt başqa komandaya keçmək istəməməsiz?
- Ümumilikdə yox.
- Bəlkə nə vaxtsa “Ferrari”dən təklif almısız?
- Heç vaxt. Lap tutaq ki, həqiqətən bir neçə söhbətimiz olub, ancaq bunların heç bir əhəmiyyəti yox idi. Həmin komandada çalışan bir çox yaxşı adamı tanıyıram, ancaq heç vaxt İtaliyaya köçmək istəməmişəm.
- Bəzən də elə olur ki, pilotlar “Formula-1” ilə vidalaşır, sonra da qayıdırlar...
- Mənlə bağlı belə olmayacaq. Həyatımın bu fəsli bitəcəksə, bitəcək. Təsəvvür edə bilmirəm ki, sükan arxasına keçmək imkanım olmasın, paddokda və ya qarajda dayanım. Hərçənd əvvəl dediyim fikri bir daha təkrarlamaq istəyirəm: heç vaxt “heç vaxt” demə.
- Yanvarda 39 yaşınız tamam olacaq. Nəslin davamı haqda düşünməyin vaxtı deyilmi?
- Yox, indi yox. Hələ ki uşaqlara ayırmağa vaxtım yoxdu, yaxınlarımın əmisi olmaq daha çox xoşuma gəlir.
- Deməli, sadəcə, məsuliyyəti boynunuza götürmək istəmirsiz?
- Tam doğrudu. Hələ ki belə ciddi addım atmağa hazır deyiləm. Yarış maşınının sükanı arxasında bütün hədəflərimə çatmamışam, özümü 100 faiz işə həsr etmək istəyirəm. Özəl həyatla doğru balansı tapmaq üçün yollar axtarmaq lazımdı. Xoşbəxtlikdən mənim üçün belə addım atmalı olduğum an yetişməyib.
- Bəlkə 8-ci titulu qazanandan sonra belə addım atacaqsız?
- Heç vaxt deməmişəm ki, 8-ci titulu qazanandan sonra karyeramı dayandıracam. Bu suala yalnız həmin titulu qazanandan sonra cavab verə bilərəm.

Paylaş:
Digər xəbərlər

İdman

10-09-2023, 15:0

Hemilton 2025-dən sonra harda olacağını bilmir

İdman

5-07-2023, 15:0

“Hemilton üçün sərhəd yoxdu”

İdman

4-09-2023, 19:0

“Mersedes” hər iki pilotu ilə müqaviləni yenilədi

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 235
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə